21:01 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə telekanalı fotojurnalist Reza Deqatinin Qarabağda apardığı çəkilişlərə dair reportaj yayımlayıb
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:31 20.11.2020

Türkiyənin "Haber Global” telekanalı dünya şöhrətli fotojurnalist Reza Deqatinin işğaldan azad olunmuş Qarabağda apardığı fotoçəkilişlərə dair reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Reza Deqatinin Qarabağ həqiqətlərini 30 il öncə olduğu kimi indi də fotokamerasının gözü ilə bütün dünyaya çatdırdığı bildirilir. Qeyd olunur ki, Reza Deqati hələ birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edən Ermənistanın vəhşiliyini dünyaya çatdırıb. O, 30 il sonra yenidən Qarabağa gedib və gördüklərini lentə alıb. Onun çəkdiyi fotoların hər birində Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər, insanların keçirdiyi hisslər əksini tapır.

Reportajda Reza Deqatinin fotoları ilə yanaşı, ikinci Qarabağ müharibəsi barədə "Haber Global”ın müxbiri Murat Karataşa müsahibəsi də yer alıb. Müsaibədə Reza Deqati birinci Qarabağ müharibəsi dövründə bir milyon azərbaycanlının yurd-yuvalarından didərgin düşdüyünü, o vaxt ana qucağında olan uşaqların Qarabağa 30 il sonra PUA-lar və tanklarla qayıtdığını bildirib. Doğma yerlərindən didərgin düşən insanların hər şeyini qoyaraq yola çıxdıqlarını xatırladan Reza Deqati evinin açarını özü ilə götürən bir məcburi köçkünlə söhbətindən danışıb. İnsanlar inanırdılar ki, gec-tez geri dönəcəklər. Belə də oldu. Lakin bu gün Azərbaycan torpaqlarını tərk edən ermənilər evlərini yandırırlar. Bu da sübut edir ki, zəbt etdikləri evlər onların olmayıb. Olsaydı, yandırmağa əlləri qalxmazdı.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM