Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə mətbuat konfransı keçirib
Qlobal sabitliyin qorunmasında NATO-nun həm qərarlılığı, həm də üzərinə götürməli olduğu məsuliyyətlər artıb. İndi məsuliyyətdən qaçmaq dövrü deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə keçirdiyi mətbuat konfransında ifadə edib.
NATO sammitində və zirvə çərçivəsində keçirdikləri ikitərəfli görüşlərdə faydalı müzakirələr aparıldığını diqqətə çatdıran Türkiyənin dövlət başçısı ölkəsinin xarici siyasəti, qlobal və regional proseslərdə sərgilədiyi mövqe, o cümlədən terrorizmlə mübarizədə apardığı qətiyyətli mücadilə barədə geniş məlumat verib. Dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə haqlı və mənafelərinə uyğun mövqelərini qorumaqda qərarlıdır.
Qafqaz bölgəsindəki vəziyyəti şərh edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, səylərimiz nəticəsində Dağlıq Qarabağda otuz illik gecikmə ilə də olsa ədalət bərpa olundu, düşmənçiliyin yerini sülhün, xaosun yerinə sabitliyin, münaqişənin yerinə uzunmüddətli sülhün ala biləcəyi qapılar açıldı.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
25 Aprel
“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqı...
25 Aprel
Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq ...
25 Aprel
Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!