07:05 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə Prezidenti ABŞ-ın müsəlman icmasının nümayəndələri ilə görüşüb
ANA SƏHİFƏ / DÜNYA
16:35 20.09.2021

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdədir. Prezidenti səfərdə ölkənin milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy və Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım müşayiət edirlər.

AZƏRTAC xəbər verir ki, bazar günü Prezident Ərdoğan Manhettendə, BMT-nin mənzil-qərargahı ilə üzbəüz yerləşən “Türk evi”ndə olub. Bu binada Türkiyənin BMT yanında daimi nümayəndəliyi və Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğu yerləşəcək.

Manhettendə, Birinci avenyu, 821 ünvanda yerləşən bu binada 1977-ci ildən 2013-cü ilədək Türkiyənin BMT yanında daimi nümayəndəliyi və Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğu yerləşib. Hazırda həmin yerdə 35 mərtəbəli göydələn tikilib, binanın fasadı ənənəvi türk memarlığı üslubundadır.

Prezident Ərdoğan “Türk evi”ni ziyarət etdikdən sonra ABŞ-ın müsəlman icmasının, o cümlədən Nyu-Yorkun Azərbaycan diasporunun nümayəndələri ilə də görüşüb. Türkiyə-Amerika Milli Əlaqələndirmə Komitəsinin təşkil etdiyi qəbul Manhetten-Mərkəzdə mətbuat üçün qapalı keçib.

Türkiyə Prezidenti səfər çərçivəsində bir sıra ölkələrin liderləri ilə, həmçinin BMT-nin Baş katibi Antonio Quterreş ilə ikitərəfli görüşlər keçirəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM