09 Oktyabr 2013 12:10
884
PARLAMENT
A- A+

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olmuşdur

 

Azərbaycanda prezident seçkilərini müşahidə edəcək Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti oktyabrın 8-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.

AzərTAc xəbər verir ki, Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirən Oqtay Əsədov bu əlaqələrin dostluq, qardaşlıq prinsiplərinə əsaslandığını söyləmişdir. Bildirilmişdir ki, ölkələrimiz arasında indiyədək imzalanmış 180-dən çox ikitərəfli sənəd əməkdaşlığımızın yüksək səviyyəsinin bariz nümunəsidir.

Milli Məclisin Sədri Azərbaycanda seçkilərlə bağlı böyük təcrübənin qazanıldığını söyləmişdir. O.Əsədov 9 oktyabr prezident seçkilərinin də azad, şəffaf və demokratik keçirilməsi üçün zəruri şəraitin yaradıldığını vurğulamış, seçki məntəqələrinin hamısının beynəlxalq standartlara cavab verən avadanlıqla təmin olunduğunu diqqətə çatdırmışdır.

Azərbaycanda prezident seçkilərini Türkiyə Böyük Millət Məclisinin 35 deputatının izləyəcəyini deyən nümayəndə heyətinin üzvü, Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Necdet Ünüvar ölkəmizdə seçkilərin demokratik standartlara uyğun keçiriləcəyinə əmin olduğunu vurğulamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video