23 Oktyabr 2021 23:46
1098
DÜNYA
A- A+

Türkiyə ABŞ-dan F-16 təyyarələrinin alınması proseduruna başlayıb

 

 

Türkiyənin ABŞ-dan F-16 qırıcı təyyarələrini satın alması proseduru başlanıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“F-16 təyyarələrinin alınması ilə bağlı texniki işlərə başlanılıb. Biz bu prosesi yaxından izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun güclənməsi deməkdir”, - deyə Hulusi Akar bildirib.

Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesində milli məhsulların nisbəti 80 faizə yaxınlaşıb. Buna baxmayaraq, xaricdən alınmalı məhsullar da olduğunu qeyd edən nazir deyib: “Əlimizdə olan F-16 təyyarələrini dəyişməliyik. Strateji müttəfiqimiz, dostumuz ABŞ-la həm “Block 70 Viper F16” təyyarələrinin tədarükü, həm də bəzi təyyarələrin modernizə edilməsi üçün texniki işlər başlanılıb”.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra ABŞ Ankaraya təzyiq göstərməyə başlayıb və ona beşinci nəsil F-35 təyyarələrini satmaqdan imtina edib. Lakin bu, əks-effekt yaradıb və son vaxtlar Ankaranın Moskvadan yeni nəsil təyyarələr almaq imkanlarını nəzərdən keçirdiyi barədə məlumatlar yayılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video