23 Oktyabr 2021 13:32
979
CƏMİYYƏT
A- A+

Türk Şurasının mediaforumu çərçivəsində sosial media və dezinformasiya ilə mübarizə mövzusunda təlim keçirilib

 

Türk Şurasının İstanbulda keçirilən mediaforumu çərçivəsində iştirakçılara "Türk dünyasında sosial media və dezinformasiya ilə mübarizə" mövzusunda təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimdə Türkiyənin bir sıra universitetlərinin müəllimləri sosial medianın insanlar üzərindəki təsiri, bunun qarşısının alınmasının yolları kimi mövzuları müzakirəyə çıxarıblar.

Sosial medianın bütün dünya, xüsusilə türk dünyası üçün böyük problemlər yaratdığını vurğulayan çıxışçılar heç bir nəzarətin olmadığı sosial media platformalarında islamofobiya, türkfobiya kimi bir sıra faktorlarla qarşılaşıldığını qeyd ediblər.

Bildirilib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bir paylaşımı sosial mediadan silinib. Burada təbii ki, sual yaranır: "Nə üçün hansısa erməni nazir və ya Ermənistanın başqa bir dövlət xadiminin deyil, məhz azərbaycanlı nazirin paylaşımı silinir?". Bu, sosial media şirkətlərinin tərəfsiz olmadığının bariz nümunələrindən biridir.

Qeyd olunub ki, sosial mediadakı mövcud natarazlıq bəzi ölkələrdə siyasi tarazlığın dəyişdirilməsinə də böyük təsir göstərir. Bu, özünü xüsusilə seçkilər dövründə büruzə verir. Bəzi insanların seçimlərinə təsir edə biləcək paylaşımlar, sadəcə, dövlətlər üçün deyil, ailələr, cəmiyyətlər üçün də böyük təhlükə mənbəyidir. Manipulyasiya və insanlar üzərində böyük təsiri olan sosial media internet texnologiyası sahəsindəki vasitələrin təkmilləşdirilməsi sahəsində daha geniş cəmiyyəti əhatə edir. Sosial media vasitəsilə yayılan rəqəmsal faşizm, təhrif edilmiş həqiqətlərin təbliği getdikcə daha geniş vüsət alır.

Təlimdə sosial medianın dövlətlər və cəmiyyətlər üçün yaratdığı digər problemlərdən bəhs olunub, dezinformasiya ilə mübarizə vasitələri və yolları barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video