18:42 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tunc dövrünün yadigarı - Çalxanqala

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:26 03.08.2021

 

Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bu həqiqəti əsrlərin daş yaddaşı olan abidələr - qalalar, bürclər, ibadətgahlar da təsdiqləyir.

Ölkəmizin ərazisində çox olan belə abidələr içərisində qalalar xüsusilə diqqəti cəlb edir. Vüqar, möhtəşəmlik, yenilməzlik rəmzi olan bu qalalar xalqımızın öz torpağına necə möhkəm bağlı olduğunu göstərir. Qız qalası, Əlincə qalası, Ramana qalası, Mərdəkan qalası və daha onlarca digər qalalarımız həm də yüksək tarixi memarlıq dəyərlərinə malik olması ilə nəzərə çarpır. Xalqın bədii-estetik və mənəvi duyumunu, düşüncəsini, yaşamını, arzu-istəklərini el sənətkarlarımız bu qalalarda nümayiş etdiriblər.

Azərbaycanın qədim qalalarından olan, Tunc dövrünə aid edilən Çalxanqala Naxçıvan şəhərindən 22 kilometr şimal-qərbdə, təbii cəhətdən əlverişli mövqedədir. Paiz kəndi yaxınlığında, Cəhriçayın sağ sahilində, hündür təpə üstündə yerləşən qala iri qaya daşlarından bərkidici məhlul işlədilmədən hörülüb. Yeganə giriş yolu cənub tərəfdəndir. Qalanın dövrümüzədək gəlib çatmış divarlarının uzunluğu 450 metr, hündürlüyü 2,5-3 metr, eni isə 2,7-3 metrdir.

Ehtimal edilir ki, Çalxanqala Naxçıvan ərazisində eramızdan əvvəl II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqının əsas müdafiə qalası olub.

1978-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən Çalxanqala ərazisində arxeoloji tədqiqatlar həyata keçirilib. Tədqiqatlar zamanı qalınlığı iki metr olan mədəni təbəqə aşkar edilib.

Çalxanqalanın ərazisində arxeoloji tədqiqatlar aparılıb. Aşınma nəticəsində mədəni təbəqə dağılıb, zəngin materiallar üzə çıxıb. Mədəni təbəqənin kül qarışıqının gil laylarından ibarət olduğu, maddi mədəniyyət qalıqları ilə zənginliyi müəyyənləşdirilib. Keramika məmulatı qalıqları, xırda buynuzlu heyvan sümükləri, çaxmaqdaşı qırıntıları tapılıb.

Tapıntılar arasında əsasən üzəri qara və qırmızı rənglərlə naxışlanmış monoxrom boyalı, həmçinin dalğalı və düz xətlərlə, cızma ornamentlərlə bəzədilmiş boz və qırmızı rəngli sadə gil qablar, tufdan düzəldilmiş dən daşları, həvəngdəstələr, sürtkəclər və başqa əşyalar var.

Eramızdan əvvəl II minilliyə - Son Tunc dövrünə aid edilən Çalxanqala kurqanları isə Naxçıvan şəhərindən 40 kilometr şimal-qərbdə, Çalxanqala yaşayış yeri istiqamətində yerləşir. Naxçıvan ərazisində tədqiq edilmiş ilk kurqanlar da Çalxanqala kurqanlarıdır.

Çalxanqala kurqanlarının tapıntıları Azərbaycanın Tunc dövrü materiallarını və Yaxın Şərq ölkələri ilə qədim iqtisadi və mədəni əlaqələri öyrənməyə imkan verib.

Konusvari formada, diametri 8-10 metr, hündürlüyü 1,2 metr olan Çalxanqala kurqanlarının altında dördkünc formalı torpaq qəbirlər yerləşir. Kurqanlardan gil məmulatları - çəhrayı astarlı qara qablar, eləcə də boyalı qablar, boz rəngli qablar tunc xəncərlər, nizə ucları, skelet qalıqları, bəzək əşyaları - sancaq, düymə, muncuqlar və sair əşyalar aşkar edilib.

Tədqiqatlar nəticəsində kurqanlardan aşkarlanmış boyalı qablar Qızılvəng, Zurnabad, Nəhəcir I və II Kültəpələrdən tapılmış qablarla tam oxşardır. Müxtəlif formalı boyalı gil qabların üzəri tünd qırmızı rənglə örtülüb, qara rəngli həndəsi naxışlarla bəzədilib. Güman edilir ki, belə qablar Kür-Araz mədəniyyətinin təsiri ilə meydana çıxıb.

Aşkar edilən tunc xəncər yastı tiyəli, qısa dəstəklidir. İki növlü nizə uclarının boruşəkilli dəstəyi olanlar Orta Tunc dövrü üçün səciyyəvidir. Romb formalı yastı nizə ucu isə Kür-Araz mədəniyyətini özündə əks etdirib, Qobustan kurqanından tapılmış nizə uclarına bənzərdir.

Çalxanqala kurqanlarında Yaxın Şərq ölkələrindən gətirilmiş göy şirli muncuqlar da tapılıb.

 

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM