04 Mart 2020 16:06
2296
Səfərlər
A- A+

Tovuzda yenidən qurulan avtomobil yolunun açılış mərasimi keçirilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verərək dedi:

-Cənab Prezident, bu yol 16 yaşayış məntəqəsini əhatə etməklə 50 min əhaliyə xidmət edir. Siz bu yolu çəkdirməklə təkcə Tovuz camaatı üçün deyil, çox insan üçün savab iş görmüsünüz. Belə ki, burada - Haçaqaya deyilən yerdə bu zonada yaşayan insanların bir inanc yeri, piri var. Buraya heç vaxt yol olmayıb. Siz buraya yol çəkdirmisiniz, artıq Balakəndən, Azərbaycanın çox yerindən sakinlər, eləcə də Gürcüstan azərbaycanlıları buraya gəlirlər.

Prezident İlham Əliyev: Orada yaşayış məntəqəsi var, ya ancaq pirdir?

Saleh Məmmədov: Yaxınlıqda yoxdur, ancaq pirdir. Cənab Prezident, onu qeyd edim ki, Ağacqala kəndinin 400 sakini yüz illər idi Tovuz rayonunun mərkəzinə Gədəbəy və Şəmkir vasitəsilə gəlirdilər. Yol olmayıb. Bu yolun çəkilməsi ilə həmin 400 sakin Tovuz rayonunun mərkəzinə birbaşa gedə biləcək. Bu, çox əhəmiyyətli yoldur.

Prezident İlham Əliyev: Qovlardan Haçaqayaya qədər məsafə nə qədərdir?

Saleh Məmmədov: 24 kilometrdir. Bu yolun çəkilməsi nəticəsində insanlar maşınlarla Haçaqayaya qalxa bilirlər. Biz yolun 2 kilometrlik hissəsini dağı partlatmaq üsulu ilə çəkdik.

Prezident İlham Əliyev: Mənzərəli yerlərdir. Orada turizm inkişaf etdirilməlidir.

Saleh Məmmədov: Bəli, həmin hissə Tovuzun ən dağlıq əraziləridir. Əvvəllər torpaq və çınqıl əsaslı yol olub, indi asfalt-beton örtüklü yoldur. Cənab Prezident, Siz sərəncamlarınızla kənd yollarını şəhər yollarına çevirmisiniz.

Prezident İlham Əliyev: İndi kənd yolları elə bil magistral yollardır.

Saleh Məmmədov: Bəli, əhali də bunu görür və alqışlayır.

Prezident İlham Əliyev: Burada yolların böyük əksəriyyəti təmirlidir.

Saleh Məmmədov: 2020-ci il üçün Əyyublu yolu ilə bağlı Sərəncamınız var, cənab Prezident. Sizin sayəsində bu ərazilərdə çox gözəl yollar çəkilib. 2018-ci ildə imzaladığınız Sərəncama əsasən çəkilmiş 32 kilometrlik yol da tam təhvil verilib. Bu yol boyunca 8 min insan yaşayır. Baqqallı deyilən bir kənd var, orada şəfalı bulaq suları var. Bundan başqa, bizim qızıl mədəninə də yollar çəkilib, bu yollarla oraya xammal daşınır.

Prezident İlham Əliyev: Qızıl mədənləri indi istismar olunur?

İcra başçısı Məmməd Məmmədov: Bəli işləyir, orada çalışan insanlar çox yaxşı əməkhaqqı alırlar.

Prezident İlham Əliyev: Kənd camaatı işləyir? Hansı kəndlərdən?

İcra başçısı Məmməd Məmmədov: Qoşa kəndi. Ətraf kəndlərdən də gəlib işləyirlər. Bu da bizə çox böyük gəlir gətirir.

Saleh Məmmədov: Cənab Prezident, bu yollar çəkilənə qədər insanlar 50-100 il torpaq yollarla hərəkət ediblər. Bu gün isə Sizin sayənizdə belə abad yollar çəkilib.

X X X

Sonra Prezident İlham Əliyev Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video