03 Mart 2021 00:47
961
İQTİSADİYYAT
A- A+

Tovuzda yaz-tarla işlərinə hazırlıq sürətlənir

 

Tovuz rayonunun ümumi ərazisinin 138,3 min hektarını kənd təsərrüfatı təyinatlı torpaqlar təşkil edir. Əkinə yararlı torpaqların 23,2 min hektarı daimi suvarılan ərazilərdir. Ümumilikdə 20-dən çox kənd üzrə 9,6 min hektar əkin sahəsi əsasən Ağstafa HQİİ-nin sağ sahil kanalı vasitəsilə suvarılır.

Son illər havaların quraq keçməsi səbəbindən əkin sahələrinin suvarılması üçün istifadə olunan təbii mənbələrdə suyun azalması, həmçinin Tovuzçay və Axıncaçay su anbarlarında su ehtiyyatlarının yığılmaması rayonun təsərrüfatlarında ciddi çətinliklər yaratmışdır. Bu səbəbdən təsərrüfatların suvarma suyu ilə təminatının qismən yaxşılaşdırılması üçün Ağstafa HQİİ-nin sağ sahil kanalının xidmətindən daha səmərəli istifadə olunması, Kür çayı üzərində quraşdırılmış nasos qurğularının və daşıyıcı su kəmərlərinin işlək vəziyyətdə saxlanılması diqqət mərkəzindədir.

Hazırda rayon ərazisində yaz-tarla işlərinə hazırlıq çərçivəsində su təminatının yaradılması üçün 1981-ci ildən istismar olunan üçpilləli nasos stansiyalarında və su kəmərlərində əsaslı və cari təmir işləri aparılır, arxlar təmizlənərək qaydaya salınır. Görülən bütün bu işlərə ciddi nəzarət edilir.

Elə bu günlər rayon rəhbərliyi Kür çayı üzərində quraşdırılmış üçpilləli nasos stansiyasında olmuş və təmir-bərpa işlərinin gedişi, liltəmizləmə qurğusunun yenilənməsi prosesi ilə tanış olmuşdur. Qeyd olunmuşdur ki, rayonun əkin sahələrinin suvarma suyu ilə təmin edilməsində stansiya mühüm rol oynayır. Odur ki, bu böyük qurğunun fasiləsiz işləməsi üçün bütün zəruri tədbirlər vaxtında görülməli, xüsusilə havaların quraqlıq keçdiyi və təbii mənbələrdə su olmadığı bir şəraitdə nasos stansiyası daim işlək vəziyyətdə saxlanılmalıdır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının öhdəsində olan əkin sahələrinin fasiləsiz suvarma suyu ilə təmin olunması üçün əlavə tədbirlər görülməsi barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmiş, suvarma məsələləri ilə bağlı müraciətlərə həssas yanaşılması, suyun ədalətli bölgüsü, müasir suvarma metodlarının tətbiqi diqqətə çatdırılmışdır.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video