16:33 22 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tovuzda tütün yığımına başlanılmışdır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:31 03.08.2021

 

İqtisadi cəhətdən gəlirli olan tütünçülüyün inkişafı üçün Tovuzda məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də tütün sahələrinin genişləndirilməsidir.  Cari il rayon ərazisində 100 hektardan çox sahədə tütün əkilmişdir.

Artıq rayonda tütün dəriminə başlanılmşdır. Sahələrdə 200 nəfərdən çox tütünçü çalışır. Onlar  40 tondan çox  yaş tütün tədarük etmişlər.

Qeyd edək ki, hər il yetişdirilən tütünün qurudulmasında qarşıya çıxan çətinliklər artıq arxada qalmışdır. Belə ki, keçən il Yaponiya investorlarının dəstəyi ilə “Tovuz Aqro Sənaye” MMC-nin nəzdində tütünqurutma məntəqəsi fəaliyyətə başlamışdır. Müəssisənin həftəlik gücü 132 tondur. Bu o deməkdir ki, nəniki Tovuzda, eləcə də ətraf rayonlarda yetişdirilən tütün bu məntəqədə heç bir problem olmadan qurudula bilər.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM