11 Avqust 2021 00:49
914
İQTİSADİYYAT
A- A+

Tovuz şəhərində yeni avtomobil tuneli tikilir

 

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin mərkəzindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yol qovşağında yeni tunelin inşasına başlanılmışdır.

Dəmir yolu xəttinin altında inşa edilən tunelin qapalı hissəsinin uzunluğu 30, eni 11 metrdir. Hər birinin eni 4 metr və 2 hərəkət zolağından ibarət olacaq tuneldə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da nəzərdə tutulur.

Hazırda tikinti ərazisində torpaq işləri gedir. Eyni zamanda yolun genişləndirilməsi üçün söküntü və tikinti ərazisinə düşən maneələrin və kommunikasiya xətlərinin köçürülməsi işləri icra olunur. Artıq tunelin qapalı hissəsinin yarısı hazırdır, digər yarısında isə işlər davam edir.

Qeyd edək ki, əvvəllər bu ərazidə mövcud olan tunelin müasir standartlara cavab verməməsi, üstəlik ensiz olması hərəkət iştirakçılarının rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Üstəlik köhnə tuneldən yalnız minik maşınları istifadə edə bilirdi və piyadalar üçün səkilər mövcud deyildi. Məhz buna görə də piyadalar dəmir yolu xətlərinin üzəri ilə hərəkət etməyə məcbur olurdular. Bu isə ərazidə təhlükəli vəziyyət yaradırdı.

Yeni tunel istifadəyə verildikdən sonra qabaritindən asılı olmayaraq buradan bütün avtonəqliyyat vasitələri istifadə edə biləcəklər. Yeni inşa ediləcək piyada səkiləri isə vətəndaşların dəmir yolu xəttini rahat və təhlükəsiz keçmələrinə imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video