16:31 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Titanik»in aysberqlə toqquşmasında Günəşlə Ayın «rolu» varmış
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
02:03 07.03.2012

 

ABŞ və Böyük Britaniya astronomları qəza baş verən sahədə çox sayda iri aysberqin o dövrdə Ayla Yerin qeyr-adi dərəcədə yaxınlığı nəticəsində toplandığını aşkara çıxarıblar.

Xatırladaq ki, zamanının ən  nəhəng gəmisi "Titanik"  Avropadan Amerikaya birinci və sonuncu reysinə 1912-ci il aprelin 10-da çıxıb. Səfərin dördüncü günü - aprelin 14-də nəhəng bir aysberqlə toqquşan gəmi növbəti gün batıb. 2200 sərnişindən xilas edilən az olub - müxtəlif mənbələrdə "Titanik"də həlak olanların sayı 1400-dən 1517 nəfərədək dəyişir. 

Alimlər həmin ilin ilk günlərində Ayla Yerin yaxınlaşması kimi astronomik hadisənin  Atlantik okeanının şimal hissəsində aysberqlərin "populyasiya"sına təsirini araşdırmağa çalışıblar. Elmi araşdırmanın nəticələri "Sky & Telescope" ("Səma və teleskop") jurnalında dərc olunub.

Tədqiqat qrupunun fikrincə, 1912-ci ildə Yerlə Ayın  yaxınlaşması xarakterinə görə planetimizin tarixində baş vermiş çox nadir və unikal  kosmik hadisələrdən biri olub. İddiaya əsasən, Ay, Günəş və Yer elə mövqelərdə olublar ki, Ayın planetimizə göstərdiyi qravitasiya təsiri nəzərəçarpacaq dərəcədə güclənib. O gün Ayla Yer bir-birinə 1400 il əvvəlki analoji hadisələrlə müqayisədə ən yaxın məsafədə olub və bu zaman planetimiz Günəşdən ən aralı məsafədə - perigeydə yerləşib. Səma cisimlərinin bu konfiqurasiyada "mövqe" tutması Ayın təsiri ilə okeanlarda baş verən qabarma prosesini xeyli gücləndirib. 

1912-ci ilin qışında Ayın okeanlara təsirinin həddən ziyada yüksək olduğunu aydınlaşdıran mütəxəssislər bunun Qrenlandiya sahillərində buzların parçalanmasını sürətləndirdiyi qənaətinə gəlsələr də, kompyuter modelləşdirməsi yolu ilə aysberqlərin hərəkəti "izlənildikdə" bu nəzəriyyənin yanlışlığı ortaya çıxıb. Alimlərin yekun rəyi isə belədir:  Güclü qravitasiya qüvvəsi altında törəyən qabarma okeanda suyun səviyyəsini də xeyli qaldırıb. Bu zaman Labrador yarımadası və Nyufaundlend adası sahillərində (dayaz sahədə) adətən "ilişib" qalan iri aysberqlər "azad" olub. Adi hallarda bu sahəni üzərək keçmək üçün iri aysberqlər bir neçə il ərazidə "əsirlik"də qalır. 1912-ci ildə suların onları "xilas" edəcək səviyyəyə yüksəlməsi nəticəsində iri aysberqlər okeana açıla biliblər. Məhz bu nəhənglərdən biri "Titanik"lə toqquşub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM