30 Iyun 2012 01:06
311
Elm və texnika
A- A+

Titanda yeraltı okean və fərqli həyat forması olduğu düşünülür

 

NASA-ya məxsus kosmik "Kassini" zondu vasitəsilə əldə edilən məlumatlar əsasında alimlər belə bir fikrə gəliblər ki, Saturnun ən böyük peyki Titanın dərinliklərində okean mövcuddur. Brüsseldəki Kral rəsədxanasının bir qrup astrofiziki iddianı dolayı elmi dəlillərlə əsaslandırıb. Mütəxəssislərin diqqətini Titanın uzanan ellipsik orbit üzrə hərəkət etməsi və daim Saturnun qabarma gücünün təsirinə məruz qalması çəkib. Saturn yaxınlaşarkən qabarma gücü Titanı əyir, bu da öz növbəsində peykin digər səma cisimləri, o cümlədən "Kassini" zondu ilə qarşılıqlı qravitasiya münasibətlərinə sirayət edir. Bu əsasda, həmçinin Titanın digər xarakteristikaları nəzərə alınmaqla aparılan hesablama nəticəsində peykin qravitasiya sahəsinin konfiqurasiyasının Saturna yaxınlaşarkən 4 faiz dəyişdiyi müəyyənləşdirilib. Səma cismi bütünlüklə bərk süxurlardan ibarət olsaydı, bu, baş verməzdi. Astrofiziklər bunu Titanın təkində yeraltı su hövzəsinin - okeanın varlığı ilə izah ediblər. Ehtimala görə, okean səthdən 100 kilometrədək dərinlikdə olmalıdır.

Tədqiqat müəllifləri Titanda suyun mövcudluğunun orada həyatın varlığına dəlalət etmədiyini vurğulayıblar. İrəli sürülən fərziyyəyə əsasən, peykin ciddi şəkildə deformasiyaya uğraması  yeraltı okeanın kifayət  qədər dərin və sıx olması halında mümkündür. Bu səbəbdən okeanın mayenin sıxlığını yüksəldən ammonyak, yaxud ammonium sulfatla  zəngin olduğu düşünülür. Yupiterin peyki Avropadan fərqli olaraq, Titandakı bu yeraltı hövzə isti qeyzerlərlə  zənginləşmir. Ona görə də Titanın yeraltı okeanı çox soyuq və mikroelementlərdən kasad olmalıdır. Belə mühitdə isə bizim dərk etdiyimiz formada canlı orqanizmlər yarana bilməz.

Xatırladaq ki, Titanı öyrənən alimlər iki il qabaq orada tamamilə fərqli formalı primitiv bioloji həyatın varlığına dəlalət edən iddia ilə çıxış etmişdilər. Onların dediyinə görə, bu canlılar, biz Yerdə oksigenlə nəfəs aldığımız kimi, Titanın atmosferindəki hidrogenlə və digər kimyəvi birləşmələrlə qidalanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video