09 Aprel 2014 12:04
445
Səhiyyə
A- A+

Tibbi müayinələrdən Nərimanov rayonunun 42 mindən çox sakini yararlanmışdır

Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsi olaraq ölkəmizdəki sosial-iqtisadi tərəqqi səhiyyə sahəsində də yüksək nailiyyətlərin əldə edilməsinə əlverişli şərait yaratmışdır.

AzərTAc xəbər verir ki, dövlət başçısının fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Bakının Nərimanov rayonunda da uğurla icra edilir.
Başqa günlərdə olduğu kimi, aprelin 9-da da rayon ərazisindəki 1 nömrəli Bakı dəmir yol poliklinikasında sakinlərin qrafik əsasında tibbi müayinəsi yüksək səviyyədə aparılmışdır. Burada sakinlərin rahat şəkildə tibbi müayinələrdən keçmələri üçün bütün lazımi şərait yaradılmışdır. Gün ərzində yüzlərlə rayon sakini müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocağına gələrək tibbi müayinədən keçmişlər. Təkrar tibbi müayinələrdən keçənlər də olmuşdur. Vətəndaşlarda əvvəlki müayinə zamanı aşkarlanmış xəstəliklərin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülmüşdür.
Poliklinikanın baş həkimi Ceyhun Hacıyev dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması və əhalinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyəti olduğunu vurğulamışdır. Demişdir ki, təcrübəli həkimlərdən ibarət səyyar briqadalar müayinəyə gələ bilməyən insanlara evlərində xidmət göstərirlər. Poliklinika 16 min 800 sakinə xidmət edir. Artıq onlardan 6 mindən çoxu müayinədən keçmişdir. Müayinə olunanlardan 571 nəfər ambulator, 28 nəfər isə stasionar müalicəyə cəlb edilmişdir.
Müayinədən keçən rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük rəğbətlə qarşılamışlar.
Poliklinikada yaradılan şəraitdən razılığını bildirən rayon sakini Zakir Bəkirov əhalinin sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıq etmişdir.
İlham Salmanov isə müayinədən keçdikdən sonra demişdir: “ Ürəyimdə tez-tez ağrılar olurdu. Ona görə də cəhd elədim ki, təkcə elektrokardioqrafiya müayinəsindən keçim. Lakin həkimlər bununla razılaşmadılar, məni bütün müayinələrdən keçirdilər. Öz sağlamlığım haqqında ətraflı məlumat əldə etdim. Bu imkanı bizə yaratdığına görə Prezident İlham Əliyevə minnətdarıq”.
Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirir. Görülən işlər icra hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün rayon ərazisindəki 9 poliklinikada bütün lazımi şərait yaradılmışdır. Komissiyanın gördüyü tədbirlər rayon sakinlərinin tibbi müayinə aksiyasında mütəşəkkilliyini təmin etmişdir. İndiyədək 42 min 161 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Onlardan 5 min 456 nəfərə ambulator, 134 nəfərə isə stasionar müalicə kursu təyin edilmişdir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video