31 Mart 2021 14:22
744
Səhiyyə
A- A+

Tibb zəlisinin ağız suyunda olan hirudin və digər aktiv bioloji fermentlərin müalicəvi əhəmiyyəti var

 

Bır sıra xəstəliklərin müalicəsi zamanı bitki və heyvan mənşəli preparatlara üstünlük verilir. Bəzən də birbaşa canlıların özündən istifadə olunur. Zəli ilə müalicə də belə üsullardan biridir.

Həkim-fitoterapevt Fizuli Hüseynovun AZƏRTAC-a verdiyi məlumata görə, Azərbaycan faunasında zəlinin ümümilikdə 18 növü məlumdur və onlardan üçü Xəzər dənizində, 15-i isə daxili su hövzələrində qeydə alınıb. Ümumiyyətlə, təbiətdə zəliyə əsasən göllərdə, bataqlıqlaşmış su hövzələrində, çaylarda, bəzən də durğun sularda rast gəlmək mümkündür. Təəssüf ki, hazırda Azərbaycanın daxili su hövzələrində tibbi zəli ilə bağlı vəziyyət heç də ürəkaçan deyil.

Müsahibimiz deyib: “20-30 il əvvəl daxili su hövzələrində zəli adi növ kimi qeydə alınırdısa, indi bunu söyləmək çox çətindir, çünki onun yaşayış mühitində tibb zəlisi ya qeydə alınmır, ya da tək-tək fərdlərə rast gəlinir. Bunun əsas səbəbi zəlinin say normativini müəyyən etmədən əhali tərəfindən qeyri-qanunu şəkildə tədarük olunması və müxtəlif yollarla ölkədən çıxarılmasıdır. Digər səbəblərə zəlinin yaşayış mühitinin antropogen amillərin təsirinə məruz qalması, ekoloji tarazlığın pozulması və çirklənmə kimi səbəbləri göstərmək olar”.

Onun dediyinə görə, vəziyyət bu cür davam edərsə, tibb zəlisi ölkəmizin “Qırmızı kitab”ına daxil edilə bilər. Onun əhəmiyyəti barədə danışan mütəxəssis deyib: “Tibb zəlisinin ağız suyunda bir çox aktiv bioloji fermentlər var və elmdə onların cəmi 20 faizinin tərkibi öyrənilib. Həmin maddələrdən ən məşhuru hirudindir. Hirudin qanın laxtalanmasının qarşısını alır, damarlarda qan təzyiqini azaldır, xoraların, eroziya olunmuş sahələrin bərpasında çox böyük rol oynayır”.

Demək olar ki, bir çox apteklərdə zəli satışına rast gəlinir. Müsahibimizin dediyinə görə, lakin onların heç də hamısı tibb zəlisi deyildir. “Təbiətdə tibb zəlisinə bənzər başqa zəlilər də var. Lakin onu yalnız mütəxəssis ayırd edə və zəlinin təyinat əlamətlərindən istifadə edərək onları müəyyənləşdirə bilər”.

Həkim-fitoterapevt qeyd edib ki, zəli vasitəsilə müalicə çox səmərəli olsa da, onu hər xəstəyə təyin etmək olmaz: “Zəli ürək-damar problemləri, uroloji, ginekoloji problemi və dəri xəstəlikləri olanlara tətbiq edilir. Hipertoniya, yüksək təzyiqi olanlara da zəli müalicəsi təyin olunur. Lakin hamilə qadınlara, onkoloji və şəkərli diabetdə insulinə keçən xəstələrə, həmçinin dəridə ekzema, xəstəliyi olanların onunla müalicəsi məsləhət görülmür”.

Əgər qan azdırsa, başgicəllənmə, ürək bulanması əmələ gələ bilər və bunların olmaması üçün zəli təyin edilmir. Onun dediyinə görə, zəli istifadə edildikdən sonra mütləq paketlənərək atılmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video