22 Iyun 2014 12:06
482
Oxucu məktubları
A- A+

Təzə kitabları necə tapaq?

 

Hörmətli redaksiya, kitab həvəskarıyam. İllər boyu şəxsi kitabxana düzəltmişəm. İstər Azərbaycan, istərsə də rus dillərində olan xeyli ədəbiyyat toplamışam. Neçə ilin  bəzi qəzet və jurnalları da qalır məndə.

Amma indi təzə çıxan kitablardan xəbər tuta bilmirəm. Hər hansı əsəri əldə etmək  müşkül problemdir. Bir də görürsən ki, ən ciddi yazarlar ya öz əsərlərini kimə gəldi pay  verir, ya da kitabları qoltuqlarına vuraraq qapı-qapı gəzməli olurlar. Kitab əsl  oxucusuna çatmır. Xüsusən bölgələrdə bu sahədə vəziyyət daha çətindir. Mövcud kitab  mağazalarının binaları çoxdan özəlləşdirilərək sənaye, yaxud təsərrüfat mallarının satışı  obyektlərinə çevrilib.

Bir zaman kitab satışının vahid sistemi var idi. İndi bu məsələ, demək olar, tamamilə sıradan çıxıb. Təzə kitablar haqqında məlumatı necə əldə etmək, onları haralardan, hansı yolla tapmaq  olar? Bəlkə Mədəniyyət və Turizm  Nazirliyi bu sahədə  müəyyən bir iş görə bilər? Axı onun bir sıra obyektləri, o cümlədən M.F.Axundov adına  Azərbaycan Milli Kitabxanası mövcud qanuna görə yeni nəşr olunan ədəbiyyatın məcburi   nüsxələrini alırlar. İstər milli  kitabxana, istərsə də kitabxana kollektoru məlumatların yerlərə çatdırılması üçün müəyyən iş görə bilərlər.

Yaxud respublikada məlumat-satış məqsədilə vahid kitab mərkəzi yaradılsın. Azərbaycan Milli Kitabxanası ilə birlikdə "Yeni nəşrlər" bülletenləri hazırlanaraq ya  mətbuatda dərc edilsin, ya da  ki, bölgələrdəki kitabxana şəbəkələrinə paylanılsın. Həmin mərkəzin nəzdində "Poçt ilə kitab" satış sistemi təşkil edilməsi də pis olmaz. Beləcə, hər hansı ədəbiyyat barədə məlumat əldə etməklə yerlərdəki oxucular abunə yolu ilə həmin  kitabları sifariş də verə bilərlər. Nəhayət, həm öz kitablarını tində-bucaqda satmağa çalışan yazarların işi düzələr, həm də yerlərdə gözü yolda qalan kitab həvəskarları istədikləri ədəbiyyatı əldə etmiş olarlar.

Bəlkə daha münasib yol tapmaq mümkündür, əlaqədar nazirlik və təşkilatların səriştəli mütəxəssislərinin daha səmərəli ideyaları mövcuddur. Vacib olansa problemin həllidir.

 

Səidə CABBAROVA,

Göygöl Rayon Suvarma Sistemləri İdarəsində kadr üzrə inspektor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video