08 Sentyabr 2021 00:57
866
İQTİSADİYYAT
A- A+

Texnika fındıqçıların köməyinə gəlir

 

Fermerlərin istək və ehtiyacları nəzərə alınaraq Zaqatala rayonunda fındıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçirilib.

Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) həyətində təşkil olunan yarmarkada nazirliyin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan Zaqatala DAİM məntəqəsi, FAO, müxtəlif suvarma və mineral gübrələrin satış şirkətləri, həmçinin texnika satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə sahənin inkişafı üçün lazım olan texnikalar - traktorlar, gübrəsəpənlər, frezlər, dərmansəpənlər, innovativ budaq doğrayan aqreqatlar, qoşqu vasitələri və digər avadanlıqlar nümayiş olunub.

Sərgidə həmçinin Meyvəçilik Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan Zaqatala DAİM məntəqəsi tərəfindən fındıqçılığın inkişafı üçün yerli, xarici qarışıq fındıq sortları nümayiş etdirilib. Mineral gübrələrin satışı ilə bağlıAqroservisASC digər şirkətlər fındıqçılıqda istifadə olunan mineral gübrə dərmanları sərgiləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video