10:59 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Təsadüfən tapılmış böyük kəşf

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:15 18.04.2021

 

Dünyada ilk mikroskop Hollandiyada təsadüfən meydana gəlib. Onu ilk dəfə 1590-cı ildə eynək ustası Zaxari Yansen, daha doğrusu, onun övladları təsadüfən ixtira ediblər.

Təxminən 400 il əvvəl Hollandiyada Z.Yansenin oğulları qısa mis borunun içərisinə eynək şüşələri qoyaraq ona baxıblar və bu zaman əşyanın xeyli böyük göründüyünü müşahidə ediblər. Z.Yansen bundan sonra belə şüşələri olan uzun və hərəkətli boru düzəldib və beləliklə də, ilk mikroskop meydana gəlib.

Bu mikroskop 3 dəfədən 10 dəfəyədək böyütmə qabiliyyətinə malik idi. Mikroskopun ixtira edilməsi bioloqların qarşısında yeni imkanlar açdı. Onlar heyvan və bitki hüceyrələri - canlı orqanizmlər haqqında çox məlumatlar öyrənməyə nail oldular.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM