09:14 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tərtər şəhərində bərpa işləri zamanı yanğın təhlükəsizliyinə nəzarət həyata keçirilir

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:27 17.04.2021

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Tərtər şəhərində hazırda aparılan bərpa-yenidənqurma işləri zamanı funksional vəzifələrinin icrasını təmin edir.

FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 44 gün davam edən Vətən müharibəsi dövründə düşmənin artilleriya qurğularından intensiv atəşə tutulması nəticəsində ən çox zərər çəkən yaşayış məntəqələrindən biri də Tərtər şəhəri olub. Şəhərdə çoxlu sayda yaşayış evlərinə, inzibati və ictimai binalara ciddi ziyan yetirilib, infrastrukturun böyük hissəsi, o cümlədən elektrik, qaz, su xətləri sıradan çıxıb. Şəhərdə normal həyatın təmin edilməsi, həyat əhəmiyyətli infrastrukturun bərpası məqsədilə hazırda müvafiq qurumlar tərəfindən təmir-tikinti və bərpa-yenidənqurma işləri aparılır. Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən bu işlərin həyata keçirilməsi zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına nəzarət həyata keçirilir, o cümlədən bərpa olunan obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına uyğunluğun qiymətləndirilməsi, düşmən təxribatı nəticəsində sıradan çıxmış su hovuzlarının yararlı vəziyyətə gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür, işçi heyətlə maarifləndirici söhbətlər aparılır.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM