06 Fevral 2021 11:29
863
CƏMİYYƏT
A- A+

Tərtər: düşmənin atəşi nəticəsində dağılmış evlər yenidən tikilir

 

Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində Tərtər rayonunda 4000-dən çox obyektə, o cümlədən mülki əhaliyə məxsus evlərə, dövlət əmlakına, infrastruktura, sosial binalara ziyan dəyib. Düşmənin atəşə tutduğu digər rayonlarda olduğu kimi, Tərtərdə də dəyən ziyanın aradan qaldırılması üçün tikinti-bərpa işləri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən evlərə, təsərrüfatlara baxış keçirib, dəymiş ziyan qeydiyyata alınıb, aktlar tərtib edilib. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bərpa və təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir. Təmir-bərpası mümkün olmayan yaşayış evlərinin əvəzində 2, 3, 4, 5 otaqlı eynitipli evlər inşa olunur. Əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub, inşaat materialları gətirilib.

Rayon sakinləri düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri rəğbətlə qarşılayır, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Düşmənin artilleriya atəşi nəticəsində evi dağılmış İlahə Ağamalıyeva bir gün də olsun ruhdan düşmədiyini bildirib: “Noyabrın 5-də ermənilərin atəşi nəticəsində evimizə top mərmisi düşərək tamamilə dağımışdı. Ancaq buna baxmayaraq təəssüflənmədik, inamımızı itirmədik. Bir istəyimiz var idi - təki qələbə bizim olsun, torpaqlarımız işğaldan azad olunsun. Mənim oğlum da döyüşlərdə iştirak edib. Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin. İstəyimiz yerinə yetdi. Ordumuz düşmən üzərində qələbə qazandı. Bu gün isə dövlətimiz dağılmış, ziyan dəymiş evləri tikir, bərpa edir. Mənim də birotaqlı evimin əvəzinə ikiotaqlı, müasir ev inşa edilir. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video