30 Noyabr 2014 12:11
546
Oxucu məktubları
A- A+

Təqaüdçülər yaradılan şəraitdən razıdırlar

 

80 min nəfər əhalisi olan Şirvan əsasən gənclik şəhəri kimi tanınsa da, uzun illər istehsal müəssisələrində çalışıb təqaüdə çıxanların asudə vaxtlarının səmərəli təşkili şəhər rəhbərliyinin diqqət göstərdiyi prioritet məsələlərdən biridir.

Buna misal olaraq Şirvan şəhər Səməd Vurğun adına Mədəniyyət və istirahət parkını göstərə bilərik. Şəhərin mərkəzi hissəsində yerləşən bu park əvvəllər baxımsız vəziyyətdə idi. Son illər parkda əsaslı abadlıq və quruculuq işləri görülüb: xeyli sayda oturacaq qoyulub, ağac və gül kolları əkilib, əraziyə plitələr döşənib. Parkdakı çay evi tamamilə təqaüdçülərin ixtiyarına verilib. Gün ərzində 70-80 nəfərə yaxın insana pulsuz xidmət göstərilir.

Təqaüdçülər bura təkcə çay içməyə gəlmirlər. Onlar həm də stolüstü oyunlar oynayır, ölkə həyatında, dünyada baş verən hadisələri, dövri mətbuatda dərc olunan maraqlı yazıları müzakirə edir, fikir mübadiləsi aparır, xatirələrini bölüşürlər. Bir sözlə, onların günü burada maraqlı keçir. Darıxmağa vaxt qalmır. Çay evində çalışan, uzun illər meliorasiya sahəsində işləmiş Sabir kişi deyir ki, xeyriyyəçiliklə tikilib istifadəyə verilmiş bu çay evi hər bir ağsaqqalın ürəyincədir. Şəhər Veteranlar Şurasının sədri Musa Quliyev, veteran neftçi Sabir Allahverdiyev, Cavad Cabbarov, Zabil Abıyev onlar üçün yaradılan şəraitə görə bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildirirlər.

 

Nurlan QƏDİMOV,

mədəniyyət işçisi,

 

Şirvan 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video