13 Aprel 2021 18:55
519
CƏMİYYƏT
A- A+

Teodora Marin: Azərbaycan Prezidentinin yüksək diplomatik bacarığı və liderlik keyfiyyətləri sayəsində regionda sabitlik bərpa edilib

 

Azərbaycan Prezidentinin yüksək diplomatik bacarığı və liderlik keyfiyyətləri sayəsində regionda sabitlik bərpa edilib. Ermənistanın qeyri-müəyyən siyasəti gələcəkdə həm regiona, həm də özünə böyük zərbə vura bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Rumıniyanın qabaqcıl “Ultima Ora” (Son Saat) qəzetinin baş redaktoru, Əməkdar jurnalist, Rumıniya Peşəkar Jurnalistlər İttifaqının üzvü Teodora Marinin aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransa həsr olunmuş məqaləsində yer alıb.

Konfransda aparılan müzakirələrə və səsləndirilən fikirlərə toxunan müəllif Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, buna baxmayaraq, qarşı tərəfin təcavüzkar siyasətinin qanlı müharibəyə gətirib çıxardığını bildirib.

Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və beynəlxalq təşkilatlarda strateji tərəfdaşının maraqlarını hər zaman nəzərə aldığını deyən Teodora Marin əminliyini bildirib ki, Qarabağ münaqişəsindən sonra regionda sülh və firavanlıq təmin olunacaq. Müəllif bunun üçün hər iki tərəfin bu istiqamətdə səylərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video