16 Mart 2021 01:23
995
ELANLAR
A- A+

“Təmiz Şəhər” ASC növbəti qanvermə aksiyası keçirib

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinə dəstək məqsədilə “Təmiz Şəhər” ASC-nin əməkdaşları martın 15-də qanvermə aksiyası keçiriblər.

Bu barədə qurumun Mətbuat xidməti məlumat verib. Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələrinin iştirakı ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda təşkil edilən aksiyada ASC-nin 100-ə yaxın əməkdaşı, həmçinin Balaxanı Sənaye Parkının rezidentlərinin nümayəndələri qan veriblər. Aksiya çərçivəsində toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib.

Qeyd edək ki, “Təmiz ŞəhərASCTalassemiyasız həyat naminəlayihəsinə qoşulmaqla, indiyədək 15 dəfə qanvermə aksiyası təşkil edib qan xəstəliklərindən əziyyət çəkən çoxlu sayda insanın qanla təmin olunmasına dəstək göstərib. ASC bu sahədə fəaliyyətinə görə Milli Hematologiya Transfuziologiya Mərkəzi Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video