15 Yanvar 2012 12:01
260
CƏMİYYƏT
A- A+

Tələbələr köməyə gəlir

 

Qədim Gəncə şəhərində gündən-günə genişlənən abadlıq və quruculuq işləri hər kəsdə fəallığın yüksəlməsinə, yeni-yeni təşəbbüslərin yaranmasına səbəb olub.

Belə xeyirxah işlərdə Dövlət Aqrar Universiteti də həmişə ön sırada gedir. Qocaman təhsil ocağında maddi-texniki baza möhkəmləndikcə və tədrisin keyfiyyəti yüksəldikcə tələbələrin istehsalatla əlaqələrinin genişləndirilməsinə, hər kəsdə işgüzarlığın və müvafiq ixtisas üzrə əməli vərdişlərin artırılmasına, yüksək səviyyədə vətənpərvərlik hislərinin aşılanmasına xüsusi diqqət yetirilir.

Bu günlərdə tələbə gənclər təşkilatının təşəbbüsü ilə oğlan və qızlardan ibarət könüllü inşaat dəstəsi yaradılmışdır. İlk mərhələdə müraciət edən 100 tələbədən 59 nəfəri seçilmişdir. Onlar qış sessiyasının imtahanlarını vaxtından əvvəl verərək bu nəcib işə qoşulmuşlar. Hazırlıq ərəfəsində texniki təhlükəsizlik və əmək mühafizəsi üzrə təlimlər keçirilmiş, onlara bir sıra tövsiyə və tapşırıqlar verilmişdir.

Şəhərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə kömək göstərilməsi üçün mənzil-kommunal təsərrüfatı tresti ilə müqavilə bağlanmışdır. Tələbə inşaat dəstəsinin üzvləri trestin sifarişi ilə ehtiyacı olan yerlərdə çalışaraq əməkhaqqı alacaqlar. Gənclərə xüsusi geyim forması və əmək alətləri verilmişdir. Onlar gündə bir dəfə pulsuz isti yeməklə təmin olunurlar.

Tələbə inşaat qərargahının rəisi dosent Nizami Seyidəliyev deyir ki, dəstənin üzvləri yanvar-fevral aylarında yaşıllaşdırma işləri aparacaq, şəhərin müxtəlif obyektlərində, xüsusən Gəncəçay hövzəsinin təmizlənməsində çalışacaqlar. İlk günlərdə onlar hava limanı ərazisində üç minə yaxın ağac əkmişlər. İlkin müqavilənin müddəti fevral ayının 10-a kimidir. Sonra tələbələr təhsillərinə davam edəcək, yay tətillərində isə müxtəlif yerlərdə işləyəcəklər.

 

Əhməd İSAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video