27 Sentyabr 2011 12:09
497
Təhsil
A- A+

Təhsilin və elmin inkişafına böyük töhfə

 

Azərbaycanda elmin, təhsilin tərəqqisi istiqamətində aparılan uğurlu dövlət siyasəti bu gün öz bəhrəsini verməkdədir. Məqsədyönlü təhsil strategiyasının nəticəsidir ki, Naxçıvanda möhkəm milli əsaslara malik, güclü maddi-texniki bazası olan müasir tipli universitet formalaşmışdır.

45-ci tədris ilinə qədəm qoymuş, 32 mindən çox məzunu olan, 11 fakültədə 47 ixtisas üzrə ali təhsilli mütəxəssislər hazırlayan Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazini əhatə edən, yeni tipli universitet şəhərciyi bir-birinin ardınca istifadəyə verilən yeni tədris binaları ilə günbəgün daha da gözəlləşir. Təkcə 2011-ci ildə istifadəyə verilmiş, mükəmməl şəraitə, füsunkar görünüşə malik tələbə evi, qonaq evi, Tələbə Sosial Xidmət Mərkəzi buna parlaq sübutdur. Naxçıvan Dövlət Universitetinin magistratura üzrə dekanlığının tədris binası da əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmışdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Universitetin rektoru akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli tədbirdə çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, universitetdə təhsilin və tədrisin səviyyəsinin yüksəldilməsi, elmin inkişafı istiqamətində qazanılan müvəffəqiyyətlərdən danışmışdır. Rektor bildirmışdir kı, hazırda Azərbaycan MEA-nın 2 həqiqi, 5 müxbir üzvünün çalışdığı bu ali təhsil ocağında 40-a yaxın elmlər doktoru, 192 fəlsəfə doktoru fəaliyyət göstərir. Beynəlxalq əlaqələr sahəsində də böyük uğurlar əldə olunmuşdur. Dünyanın 4 qitəsində yerləşən, 50-dən çox universitet ilə tərəfdaşlıq edən bu təhsil ocağı Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, İpək yolu və Qafqaz Universitetləri cəmiyyətlərində, Qara Dəniz Ölkələri Birliyində milli ali təhsilimizi layiqincə təmsil edir. Burada dünyanın 10 ölkəsindən 200-ə yaxın tələbə təhsil alır. Bu ali təhsil müəssisəsi Şərq mənəviyyatlı, Avropa təfəkkür tərzinə malik, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsinə əzmlə xidmət göstərir.

Rektor universitetin bakalavr və magistratura pilləsinin tamamlanmasında və doktoranturanın inkişafındakı rolundan danışmışdır. Qeyd olunmuşdur ki, 1997-ci ildə 9 ixtisas üzrə 24 tələbə ilə fəaliyyətə başlayan magistraturada 21 istiqamət, 40 ixtisas üzrə kadr hazırlığı aparılır. Tədris prosesində 200-dən artıq professor-müəllim heyətinin iştirak etdiyi magistraturanı indiyədək 812 nəfər bitirmişdir ki, onlardan 67-si xarici ölkə vətəndaşıdır. 2011-ci ildə bu təhsil pilləsi üzrə 38 ixtisas üzrə 119 tələbə məzun olmuşdur ki, bunlardan 35 nəfəri xarici ölkə nümayəndəsidir. Hazırda universitetdə 241 magistrant təhsil alır. Magistr məzunların işlə təmin olunmasına muxtar respublika rəhbərliyinin xüsusi diqqət və qayğısından söz açan rektor xatırlatmışdır kı, onların 112 nəfəri bu gün məhz universitetdə, öz müəllimləri ilə çiyin-çiyinə fəaliyyət göstərir. Akademik İsa Həbibbəyli çıxışının sonunda əsaslı şəkildə yenidən qurulan, ən müasir texnologiya və tədris avadanlıqları ilə təmin olunan yeni binanın istifadəyə verilməsini Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə sanballı töhfə kimi dəyərləndirmiş, Ali Məclisin Sədrinə universitet kollektivinin dərin minnətdarlığını çatdırmışdır.

Ərəb dili ixtisası üzrə II kurs magistri Leyla İsmayılova tələbə həmkarları adından çıxış edərək yaradılan yüksək şəraiti, göstərilən hərtərəfli qayğı və etimadı elmdə və təhsildə qazanacaqları nailiyyətlərlə doğruldacaqlarını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsil siyasətindən, milli elmin, təhsilin inkişaf strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət Universiteti Azərbaycan ali təhsil sistemində özünəməxsus yer tutaraq, milli təhsil tariximizə yaddaqalan uğurlarla imza atmaqdadır. Ali Məclisin Sədri universitetdə magistratura pilləsinin regionda elmi-pedaqoji potensiala olan tələbatın ödənilməsi, müvafiq elmi qurumların məqsədyönlü fəaliyyətlərinin təmin olunması məqsədilə yaradıldığını vurğulamışdır. Ali Məclisin Sədri universitetin elmi-pedaqoji kadrların hazırlanmasındakı, yüksək ixtisaslı mütəxəssislərin yetişməsindəki, elmi-pedaqoji, elmi-tədqiqat sahəsində peşəkar səviyyəli gənclərin formalaşmasındakı rolundan bəhs etmiş, magistr tələbələrə dəyərli tövsiyə və tapşırıqlar vermişdir.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur. 1908-ci ildə tikilmiş bina klassik memarlıq üslubunu saxlamaqla ən müasir, dünya standartlarına cavab verəcək şəkildə yenidən qurulmuş, tədris avadanlıqları, son nəsil texnologiyalarla təchiz olunmuşdur. Binanın foyesində İncəsənət fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanışlıq olmuş, beşillik tarixə malik, ayrıca kanalda yayımlanan, tədris yönlü universitet televiziyasının, yenicə yaradılmış "Nuhçıxan" universitet radiosunun proqramları izlənilmişdir.

Ali Məclisin Sədri magistraturanın nəzdində yaradılmış Azərbaycanşünaslıq Mərkəzi və Tələbə Turizm Assosiasiyasının fəaliyyəti ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, "Azərbaycanşünaslıq" seçmə fənninin tədrisində əhəmiyyətli rol oynayacaq Mərkəz azərbaycançılıq ideologiyasının təbliğinə, Azərbaycanın kompleks şəkildə öyrənilməsinə, Azərbaycan diasporu ilə əlaqələr qurulmasına, dünya universitetlərinə Azərbaycan həqiqətlərinin operativ catdırılmasına xidmət edəcək. Bu mərkəzdə azərbaycanşünaslığın ən aktual problemləri - milli tarixin, ədəbiyyatın, mədəniyyətin təşəkkül tarixi ilə bağlı elmi-tədqiqat işləri aparılacaq. Tələbə Turizm Assosiasiyasının yaradılmasında məqsəd hotelçilik və turizm işini inkişaf etdirmək, Azərbaycanın təbiətini, coğrafiyasını, turizm əhəmiyyətli ərazilərini, tarixi və təbiət abidələrini öyrənmək, tələbələrin bu sahədəki elmi-tədqiqat fəaliyyətlərini genişləndirmək və dünyagörüşlərini artırmaqdır. Tələbə Turizm Assosiasiyasının üzvləri bu məqsədlə Naxçıvan-Bakı-Naxçıvan istiqamətində ilk tur layihəsini həyata keçirmiş, Bakı şəhərinə, Qəbələ və İsmayıllı rayonlarına səfər etmiş, Türkiyə Cümhuriyyətinin Doğu Bayazid və Qars bölgələrində olmuşlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov universitetdə aparılan tikinti-quruculuq işləri ilə də tanış olmuş, yeni tədris obyektlərinin tikintisi ilə bağlı tapşırıqlar vermişdir.

 

Mehriban SULTAN

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video