10:36 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Təhsil və Energetika nazirlikləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
 
ANA SƏHİFƏ / TƏHSIL
18:41 10.06.2021

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil naziri Emin Əmrullayev və energetika naziri Pərviz Şahbazov arasında görüş keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə mərkəzin müasir standartlara cavab verən emalatxanaları, maddi-texniki bazası və tədris prosesinin təşkili ilə tanışlıq olub. Məlumat verilib ki, beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabət qabiliyyətli kadrlar hazırlığını həyata keçirən mərkəzdə tələbələrə 9 istiqamət üzrə texniki peşə, 2 istiqamət üzrə isə yüksək-texniki peşə təhsili tədris olunur.

İkitərəfli əməkdaşlıq müzakirələri zamanı təhsilin müxtəlif pillələri üzrə energetika sahəsində mütəxəssislərin hazırlanması istiqamətində mövcud proqramların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb, habelə beynəlxalq tərəfdaşların və özəl sektorun iştirakı ilə yeni proqramların hazırlanması üçün əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ölkəmizdə bərpa edilən enerji mənbələrinin, xüsusilə günəş enerjisinin istismarı sahəsində ehtiyac duyulan kadr potensialının hazırlanması prioritet istiqamət kimi qeyd olunub. Ölkə başçısının işğaldan azad edilmiş torpaqlarda “yaşıl enerji” zonasının yaradılması istiqamətində qarşıya qoyduğu tapşırıqların icrasını sürətləndirmək məqsədilə kadr ehtiyaclarının dəyərləndirilməsi və hazırlanması sahəsində birgə fəaliyyətin qurulması prioritet məsələlər siyahısına daxil edilib. Həmçinin Energetika Nazirliyinin tərkibində olan təlim mərkəzlərinin praktiki məşğələlər üçün istifadə olunması, yeni tikiləcək peşə məktəblərində bərpa olunan enerji ixtisaslarının tədrisində ehtiyac duyulan infrastrukturun qurulmasının vacibliyi vurğulanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM