15 Avqust 2012 01:08
711
Təhsil
A- A+

Təhsil ocaqlarının tikintisi və təmiri işləri daim diqqətdə saxlanılır

 

Səbail rayonunda aparılan yenidənqurma işləri sahəsində təhsil müəssisələrinin tikintisinə və əsaslı təmirinə xüsusi diqqət ayrılmışdır. Rayon icra hakimiyyətindən bildirmişlər ki, 2011-ci ildə 49 saylı "İntellekt" liseyinin həyətində yeni 660 şagird yerlik əlavə korpus tikintisi aparılmış və artıq bu il istifadəyə verilmişdir.

Burada tikinti işləri müasir standartlara uyğun, yüksək keyfiyyətlə görülmüş, 3 mərtəbəli, ümumi sahəsi 3 min kvadratmetr olan yeni tədris korpusu tikilmiş, fasad və divarlar üzlük daşla üzlənmiş, fasadın bir hissəsi rənglənmişdir. Korpusda 800 kvadratmetr sahəyə malik mansard tipli dam örtüyü quraşdırılmış, dama müasir şifer örtüyü vurulmuşdur. Məktəbin girişi və həyəti yenidən qurulmuş, yeni darvaza quraşdırılmış, həyət və ətraf əraziyə 1300 kvadratmetr asfalt örtüyü çəkilmiş, yaşıllaşdırma işləri aparılmışdır.

Məktəbin həyətində yeni qazanxana tikilərək müasir istilik avadanlığı ilə təchiz olunmuş, yeni su, işıq və kanalizasiya xətləri çəkilmiş, buranın sutka ərzində içməli su ilə təchizatı üçün müvafiq işlər görülmüşdür.

Yeni korpusdakı sinif otaqlarında müasir təhsil üçün hər cür şərait yaradılmış, siniflər yeni avadanlıq, partalar və dərs ləvazimatları ilə təmin olunmuşlar.

Hazırda rayon ərazisindəki 7 nömrəli orta məktəb üçün idman və akt zalları, 8 sinif və 1 müəllimlər otağı olan əlavə korpusun, həmçinin 3 nömrəli uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi işləri, Badamdar qəsəbəsindəki "Könül" körpələr evində əsaslı təmir başa çatmaq üzrədir.

Həmçinin Bibiheybət qəsəbəsindəki 50 nömrəli orta məktəbin, Bayıl yaşayış sahəsindəki 49 nömrəli "İntellekt" liseyinin köhnə korpusunun və 203 nömrəli orta məktəbin binasının, 44 nömrəli uşaq bağçasının əsaslı təmiri aparılır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video