17 Mart 2021 22:10
1208
Elm və texnika
A- A+

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib  

 

Martın 17-də Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclas “Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında qəhrəmanlıq nümunələri” mövzusuna həsr olunub. Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayə Həşimova iclasın fəxri qonağı olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Texniki Universitetindən məlumat verilib. İclasda vurğulanıb ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında gənc nəslin tərbiyəsi məsələsinə toxunması “Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında qəhrəmanlıq nümunələri” mövzusunun müzakirəsini zəruri edib.

Qeyd olunub ki, gənc yaşda general rütbəsi almaq Polad Həşimovun xüsusi qabiliyyəti ilə bağlı idi. Lakin bu qabiliyyəti zirvəyə qaldırmaq üçün tərbiyə vacib şərtdir.

Tədbirdə Səmayə Həşimovaya İctimai Şura adından fəxri diplom təqdim edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev bildirib ki, Tovuz döyüşlərində Milli Qəhrəman Polad Həşimovun şəhid olması gənc nəslin düşmənə qarşı qisas hissini daha da alovlandırdı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə Azərbaycan Ordusunun gücünü dünyaya sübut etdi. Azərbaycan həm də bu müharibədə müasir texnologiyalardan istifadə etməklə daha bir ilkə imza atdı.

Rektor deyib ki, tədbirin AzTU-da keçirilməsi təsadüfi deyil. Çünki bu universitetin tələbələri torpaqlarımızın azadlığı uğrunda gedən bütün müharibələrdə ön sıralarda döyüşüblər. AzTU-nun Vətən müharibəsində iştirak edən tələbə və məzunları arasında 27 nəfər şəhidlik zirvəsinə ucalıb.

Tədbirdə çıxış edən təhsil nazirinin müşaviri Elnur Nəsibov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Etibar Əliyev, şura üzvləri Nadir İsrafilov, İlqar Orucov, Hikmət Əlizadə, Asif Cahangirov, Elmina Kazımzadə, Ülviyyə Mikayılova, Mayis Əliyev, Mirzə Cəfərzadə, tədbirin təşkilatçılarından “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi” İctimai Birliyinin sədri Emin Həsənli və qonaqlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına hər zaman xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video