10:53 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Təhsil Nazirliyi vətəndaşlara müraciət edib
ANA SƏHİFƏ / TƏHSIL
17:42 29.06.2021

Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə portal.edu.az platforması istifadəyə verilib. Bununla əlaqədar Təhsil Nazirliyinin [email protected] elektron poçt ünvanı yalnız korporativ və ya işgüzar yazışmalar üçün istifadə olunacaq və bu poçta göndərilən digər müraciətlər icraata alınmayacaq.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar nazirliyə müraciət etmək üçün “Virtual bələdçi” xidmətindən, portal.edu.az platformasından və (+994) 51 206 78 48 vatsap nömrəsindən istifadə edə bilərlər.

Xatırladaq ki, nazirlik tərəfindən portal.edu.az platformasına “Vətəndaş müraciətləri” xidməti əlavə olunub. Xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM