17:43 12 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilir
 
ANA SƏHİFƏ / TƏHSIL
11:02 04.03.2021

 

Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında keçirilmiş onlayn tədbirdə birgə təhsil layihələri üzrə əməkdaşlığın davam etdirilməsi barədə niyyət sənədi imzalanıb.

Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, təhsil naziri Emin Əmrullayev və “Microsoft” korporasiyasının vitse-prezidenti Anthony Salcito tərəfindən imzalanan sənədin məqsədi tərəflər arasında təhsil sahəsində əməkdaşlığı genişləndirmək və birgə innovativ layihələrin icrasını təmin etməkdir.

Niyyət sənədi çərçivəsində 4 istiqamət üzrə birgə fəaliyyətin aparılması nəzərdə tutulur. Belə ki, “Təhsildə rəqəmsal liderlik və siyasətin formalaşdırılması” istiqaməti üzrə birgə fəaliyyətə təhsilin rəqəmsal transformasiyası istiqamətində ümumtəhsil və ali təhsil sahələrində strateji əməkdaşlıq, Təhsil Nazirliyinin informasiya sistemləri və elektron xidmətlərin təkmilləşdirilməsi daxildir. Həmçinin “Microsoft” korporasiyasının formalaşdırdığı “Rəqəmsal transformasiya üzrə dünyanın lider ölkələri” koalisiyasında Azərbaycanın iştirakı nəzərdə tutulur. Tərəflər “Microsoft” təhsil proqramlarının tətbiq olunduğu nümunəvi məktəbin qurulması üzrə əməkdaşlıq etməyə razılıq əldə ediblər. “Tədris və öyrənmə” istiqaməti üzrə əməkdaşlıq nəticələrə əsaslanan şagird mərkəzli öyrənmə, tədrisdə fərdi yanaşma, XXI əsr bacarıqları, gələcəyin müəllim modeli və analitik düşüncənin formalaşması üzrə birgə fəaliyyəti əhatə edir. Tərəflər pedaqoji ixtisas üzrə təhsil alan tələbələrin işə qəbuldan əvvəl texnoloji biliklərinin artırılması üçün xüsusi proqramların tətbiqini planlaşdırırlar. Eyni zamanda, bütün təhsil pillələri üzrə sənaye məzmununun və sertifikasiyanın tədrisə tətbiqi üzrə əməkdaşlıq ediləcək. “Rəqəmsal mühitin formalaşdırılması” istiqaməti bulud texnologiyaları və təhlükəsiz proqram təminatlarının bütün təhsil pillələri üzrə tətbiqini özündə ehtiva edir.

Qeyd olunan istiqamət üzrə xüsusi yer tutan fəaliyyətlər “Microsoft” süni intellektin Azərbaycan dilini tanıması və təhsildə qərarvermənin təkmilləşdirilməsi üçün yeni nəsil təhlil alətlərinin tətbiqi üzrə birgə əməkdaşlığın qurulmasıdır. “Təhsilalan və məktəbin uğuru” istiqaməti üzrə isə “Microsoft” korporasiyasının STEAM üzrə məzmunun inteqrasiyası, istənilən məkan, zaman və tempdə təhsilverənlərin texnologiyalar üzrə ixtisaslarının artırılması və sertifikatlaşdırması, yenilikçi fikirlərin, texniki həllərin yerli və beynəlxalq mühitdə təqdimatı, innovativ ekspert modelləri üzrə təhsil almaq imkanlarını nəzərdə tutur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM