12 Mart 2021 22:26
661
Təhsil
A- A+

Təhsil Nazirliyi: Azərbaycan təhsilin rəqəmsal transformasiyası üzrə platformada iştirak edir

 

“Microsoft” korporasiyasının formalaşdırdığı, UNESСO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirak etdiyi “Təhsilin Rəqəmsal Transformasiyası üzrə Dünyanın Lider Ölkələri” koalisiyasının görüşü keçirilib. Onlayn formatda keçirilmiş görüşdə rəqəmsal texnologiyalardan istifadə etməklə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilin hamı üçün əlçatanlılığın təmin edilməsi ilə bağlı ölkələr arasında müzakirələr aparılıb. Bu sahədə reallaşdırılan pilot layihələr barədə təqdimatlar edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iştirak edən Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov Azərbaycanda pandemiya dövründə tətbiq olunmuş “Virtual məktəb” platforması haqqında məlumat verib. Pandemiyadan sonrakı dövrdə aktiv istifadəçi sayı 1 milyonu keçən onlayn mühitin yeni istifadə imkanlarından bəhs edib.

Görüş zamanı gələcək üçün lazım olan iş və bacarıqların transformasiyası, gələcək tələbələrin formalaşdırılması və məsafədən tədrisdə müəllimlərin yeni rolu, təhsil sistemində bərabərliyin təmin edilməsi üzrə hökumətlər tərəfindən istifadə olunan data və analitik alətlər əsas müzakirə mövzuları olub. Bununla yanaşı, tədbirdə süni intellekt, kompüter elmlərinin tədrisində yeni yanaşmalar, müəllimlərin peşəkar inkişaf proqramları, təhsilin idarə edilməsində informasiya sistemləri üzrə pilot layihələrin təqdim olunduğu sessiyalar keçirilib.

Qeyd edək ki, Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış “Təhsilin rəqəmsal transformasiyası üzrə niyyət sənədi”ndən irəli gələn fəaliyyətlər sırasında nazirliyin qeyd olunan platformada iştirakı nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video