23 Fevral 2021 21:12
811
Təhsil
A- A+

Təhsil naziri Emin Əmrullayev Çankaya Peşə və Texniki Liseyində tədris prosesi ilə tanış olub  

 

Təhsil naziri Emin Əmrullayevin Türkiyəyə səfəri davam edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində fevralın 23-də Təhsil Nazirliyinin nümayəndə heyəti, ilk növbədə, Çankaya Peşə və Texniki Liseyində baş çəkib, müəssisədəki tədris prosesi ilə yaxından tanış olub.

Daha sonra təhsil naziri Emin Əmrullayevlə Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdulla Eren arasında görüş keçirilib. Görüşün sonunda Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında niyyət məktubu imzalanıb. Sənəd Azərbaycan Respublikası vətəndaşlarına Türkiyə Respublikasında doktorantura səviyyəsində təhsil almağa və tədqiqat aparmağa əlavə imkanlar yaradacaq.

Günün ikinci yarısında nümayəndə heyəti Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Bilkənd Universitetində olub. Ziyarət zamanı iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşməsinin vacibliyi vurğulanıb, tələbə-müəllim heyətinin mübadiləsi imkanları müzakirə olunub.

Fevralın 23-də təhsil naziri, həmçinin Ali Təhsil Şurasını da ziyarət edib. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti, ali təhsil sahəsində qurumlararası əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video