21:52 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tehranda Azərbaycan ilə İƏT arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib

ANA SƏHİFƏ / SİYASƏT
01:28 24.09.2021

 

Sentyabrın 22-də Azərbaycanın İrandakı səfiri, eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Əli Əlizadə təşkilatın Baş katibi Xusrav Noziri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, səfir Azərbaycanın İƏT-lə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək ölkəmizin təşəbbüsü ilə təşkilat çərçivəsində həyata keçirilən bir sıra mühüm layihələrin bunu bir daha təsdiqlədiyini bildirib. İƏT çərçivəsində ticarət, investisiya, nəqliyyat, enerji, turizm və ətraf mühit sahələri üzrə əməkdaşlığın önəmini vurğulayan səfir Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, istifadəyə verilmiş liman və azad iqtisadi zonaların, ölkəmizin təşəbbüsü ilə Bakıda fəaliyyət göstərəcək İƏT Tədqiqat Mərkəzinin və bu kimi digər layihələrin regional əməkdaşlığa töhfə verdiyini qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı İƏT-in ölkəmizin ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən və bu dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini deyən səfir 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad olunması ilə regionda yeni reallıqların, əməkdaşlıq üçün yeni imkanların yarandığını diqqətə çatdırıb. Diplomat təşkilata üzv ölkələrin şirkətlərinin və biznes dairələrinin bu ərazilərdə də sərmayə qoyuluşu həyata keçirərək təklif edilən imkanlardan yararlana biləcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi kimi fəaliyyəti müddətində təşkilat çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığın daha da genişləndirilməsinə və müştərək layihələrin həyata keçirilməsinə töhfə verməyə çalışacağını bildirib.

 Xusrav Noziri səfir Ə.Əlizadəni Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri, eyni zamanda, İƏT yanında daimi nümayəndəsi təyin olunması münasibətilə təbrik edib. Baş katib Azərbaycanın İƏT-in vacib ölkələrindən biri olduğunu deyib, təşkilat çərçivəsində əməkdaşlığa göstərdiyi diqqət və aktiv fəaliyyətə görə təşəkkürünü bildirib. Qarşıdan gələn İƏT-in 15-ci Zirvə toplantısının və 25-ci Nazirlər Şurasının iclasının təşkili istiqamətində intensiv işlərin getdiyini vurğulayan X.Noziri bu tədbirlərin üzv ölkələrin birgə səyləri nəticəsində uğurla başa çatacağına ümidvar olduğunu bildirib. O, səfir Əli Əlizadəyə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM