19:00 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Təəccübləndirən modellər

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:43 31.07.2021

 

“Hyundai MP280” - üzərində ətir yuvası olan qapaqlı mobil telefondur. Onun əsas fərqləndirici xüsusiyyəti telefonun korpusunu açanda avtomatik olaraq ətir sıxılmasıdır. Dəfələrlə doldurula bilən ətirdən 8 saat istifadə etmək mümkündür.

“Sirenne” telefonu “Samsung” və “Bang & Olufsen” şirkətlərinin birgə əməkdaşlığı ilə istehsal edilib. Original dizayna malik olan bu telefon zahirən stolüstü saata daha çox bənzəyir.

“Toshiba G450” telefonu dizaynı ilə digərlərindən kəskin şəkildə fərqlənir. Görünüş etibarilə telefon yaddaş kartını daha çox xatırladır. Bu şirkət çox az mobil telefon istehsal etmiş və sonradan bu bazardan geri çəkilmişdir.

Telefonların metal və plastikdən hazırlanmasına öyrəşmişik. Lakin məşhur dizayner Maykl Luis bambukdan hazırlanmış telefonla hamımızı təəcübləndirməyi bacardı. Bu telefon ekoloji cəhətdən təmiz, təbii və təhlükəsizdir. Təbiətə ziyanı minimumdur. Düzdür, burada istifadə olunan bambuk tamamilə adi deyil. Qamma şüası ilə əhatələnir və eyni zamanda istifadəçini bakteriyalardan qoruyan bir nano hissəcik təbəqəsi ilə örtülür.

Mobil telefon dünyasının ən təəccübləndirən modellərindən biri “Nokia” şirkətinə məxsusdur. Telefonun batareyası şirin qazlı su ilə doldurulur, sonra bunu kimyəvi reaksiya ilə elektrik enerjisinə çevirən mexanizm işə başlayır. Yanacaq bu mexanizm sayəsində elektrik enerjisinə çevrilir, istifadə edildikcə rəngi də dəyişməyə başlayır. Qazlı suyun içərisindəki şəkər miqdarı tamamilə bitincə rəngi şəffaflaşır və adi mayeyə çevrilir.

Bir çox insan telefonu yalnız qulaqlıqla istifadə edir. Bunu nəzərə alan mühəndislər qulaqlıq və telefonun birlikdə olduğu maraqlı mobil cihaz hazırlayıblar. Telefonun görüntüsü xoş və kompakt, istifadəsi isə çox rahatdır. Bu model, əsasən, avtomobil istifadəçiləri üçün nəzərdə tutulub.

Son zamanlar gənclər arasında populyarlıq qazanan “stres çarxı” dizaynerlər üçün ilham mənbəyi olub. Onun istifadəsi olduqca sadədir. Qeyri-adiliyi isə mərkəzində yerləşən düymədədir. Bu düymə həm telefonu istifadə etmək, həm də onu “stres çarxı” kimi fırlatmaq funksiyasını daşıyır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM