12:05 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏCRÜBƏ SÖZÜNÜ DEDİ

ANA SƏHİFƏ / İDMAN
00:35 24.06.2021

 

D qrupu

 

Xorvatiya - Şotlandiya - 3:1

Qollar: Vlaşiç, 17 (1:0), Makqreqor, 42 (1:1), Modriç, 62 (2:1), Perişiç, 77 (3:1)

Baş hakim: Fernando Rapallini (Argentina)

Qlazqo. “Hempden Park” stadionu

 

D qrupunun ən maraqlı matçı Xorvatiya və Şotlandiya yığmaları arasında keçirildi. Qarşılaşmada sürət, həyəcan, gərgin mübarizə -  nə desəniz vardı.  Çünki növbəti mərhələyə yüksəlmək üçün hər iki komandaya mütləq qələbə lazım idi. Yekunda bu dəfə də təcrübə öz sözünü dedi.

Xorvatlar oyuna daha sürətli başladılar. Meydançanın mərkəzində pressinq tətbiq edərək şotlandlara boş zona buraxmadılar. Nəticədə itirilən hər top Şotlandiya seçməsinin qapısı qarşısında qol epizodları ilə yadda qaldı. Belə epizodlardan birində Vlaşiç vurduğu qolla Xorvatiya yığmasını hesabda irəli çıxardı.

Qoldan sonra Şotlandiya millisinin baş məşqçisi oyun planında dəyişikliyə getdi. Müdafiədən oyun qurmaq yerinə uzun ötürmələrlə meydançanın rəqibə aid hissəsində cinahlardan  hücuma keçid taktikası seçdi. Eyni zamanda itirilən hər topun tez bir zamanda komandaya qazandırılması xorvatların hücum kəsərini zəiflətdi. Nəticədə Makqreqor vurduğu qolla hesabda tarazlığı bərpa etdi.

Fasilədən sonra şotlandlarda fiziki yorğunluq hiss olunmağa başladı. Elə buna görə idi ki, hər itirilən topdan sonra boş zonalarda çoxala bilmədilər. Nəticədə daha təcrübəli oyunçulardan qurulan Xorvatiya yığması Modriç və Perişiçin qolları sayəsində matçdan qalib ayrılaraq növbəti mərhələyə yüksəldi.

Xorvatiya yığması Avropa çempionatına seçmə mərhələnin E qrupunun lideri kimi yollanıb. Seçmə mərhələdə 17 qol vuran komanda qapısında 7 top görüb. Xorvatların ən məhsuldar oyunçusu Bruno Petkoviçdir - 4 qol. O, ümumən E qrupunun bombardiri oldu. İvan Perişiçlə Nikola Vlaşiç 3, Luka Modriç 2 dəfə fərqləndisə, 3 futbolçu adını 1 dəfə tabloya yazdıra bilib.

Xorvatiya müstəqillik dövründə 5 dəfə Avropa çempionatında iştirak edib. Yığma yalnız 2000-ci il qitə birinciliyində oynamaq hüququ qazanmayıb. Komandanın ən yaxşı nəticəsi dörddəbir finala kimi yüksəlməkdi. Milli 1996-cı və 2008-ci illərdə buna nail olub. 2016-cı il çempionatında komanda 1/8 finalda mübarizəni dayandırıb.

***

D qrupunun digər matçında isə Çexiya və İngiltərə yığmaları üz-üzə gəldilər. Düzdür, ilk hissədə mübarizə əsasən meydançanın mərkəzində getsə də, ingilislərin qurduqları hücumlar daha kəsərli idi. Oyunun əvvəlindən üstünlüyü ələ keçirən İngiltərə yığması meydançanın rəqibə aid hissəsində pressinq tətbiq edərək çexlərin oyun qurmasına mane olurdu. Çexiya bu matçda  yaranan əks-hücumlarda müdafiənin arxasına atılan toplarla qol epizodu yaratmağa çalışırdı.

Matçın əvvəlində İngiltərə millisinin ardıcıl qurduğu hücumlar öz nəticəsini verdi. 12-ci dəqiqədə Sterlinq vurduğu qolla görüşdə hesabı açdı. Qoldan sonra tədricən ötürmələrə üstünlük verən ingilislər oyunun tempini istədikləri kimi saxladılar. Görüşün qalan dəqiqələrində hər iki komandanın qol vurmaq üçün şansları olsa da, onlardan yararlana bilmədilər.

Qeyd edək ki, İngiltərə yığması Avropa çempionatına seçmə mərhələnin A qrupunun lideri kimi yollanıb. Britaniyalılar Çexiya, Kosovo, Bolqarıstan və Monteneqro ilə mübarizədə 8 oyunun 7-də qalib gəlib, 1 matçda məğlub olub. Komanda yeganə məğlubiyyətini səfərdə Çexiya ilə oyunda alıb. Beləliklə, 8 matçda 21 xal toplayan ingilislər qrup lideri olub. Komanda ən yaxın izləyicisi Çexiyanı 6 xal qabaqlayıb.

İngiltərə həmçinin seçmə mərhələnin ən məhsuldar komandalarından idi. 37 qol vuran yığma qapısında 6 top görüb. İngilislərin ən məhsuldar oyunçusu 12 qolla Harri Keyn olub. O, ümumən seçmə mərhələnin bombardiri adını qazanıb.

İngiltərə “Avro-2020”nin evsahiblərindəndir. Sayca 10-cu dəfə Avropa çempionatında yarışan futbolun yaradıcıları indiyə qədər qitə birincisi olmağı bacarmayıb. Yığma iki dəfə yarımfinala qədər irəliləyə bilib. Bunlar ötən əsrdə - 1968-ci və 1996-cı illərin çempionatlarında baş verib. İngilislər 2016-cı ildə dörddəbir finalda mübarizəni dayandırıb.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM