18 Aprel 2021 00:16
1062
Elm və texnika
A- A+

Təbiətin maraqlı qəribəlikləri

 

Bəzi bitkilər özlərini heyvanlar tərəfindən yeyilməkdən qoruya bilirlər. Yarpaq və ya gövdələri tikana çevrilən bitkilər bu tikanları vasitəsilə özlərini heyvanlar tərəfindən yeyilməkdən qoruya bilirlər.

Lakin bəzi bitkilər özlərini nəinki heyvanlardan qoruya bilirlər, hətta həşəratları belə tuta bilirlər. Başqa sözlə desək, həşəratların özləri həmin bitkilərə yaxın getməkdən çəkinirlər. Çünki həmin bitkiyə yaxın getdikləri zaman qurbana çevrilirlər.

Məsələn, şehçiçəyinin yarpaqlarının üzərində yapışqanlı damçılar olan qırmızımtıl vəzili tükcüklər var. Həşərat parıldayan damçı üzərinə qonan zaman yarpağın üzərindəki tükcüklər qatlanaraq həşəratı tutur. Milçəktutan bitkisinin yarpaqları ucları çıxıntı şəklində olan iki hissədən təşkil olunub. Həşərat yarpaqlardan birinin üzərinə düşən kimi yarpağın dişcikli küncləri tədricən bağlanır. Tropik Asiyada bitən nepentes bitkisi də həşəratı həzm edir.

Ucu küpə şəkillidir, ətirli  nektara malik olan nepentes bitkisinin yarpağının ucundakı küpənin kənarına qonan həşərat sürüşərək küpənin içinə düşür və burada həzm edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video