14:51 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Təbabətdə fironluq edənlər

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:29 30.05.2021

 

Belə ehtimal olunur ki, Qədim Misirdə tibb elmini ortaya çıxaranlar məhz kahinlər olmuşdur. Çünki tanrılardan çarə uman xəstələr məbədlərdə kahinlərin müalicəsinə möhtac qalırdılar...

Qədim mədəniyyətlərlə bağlı bütün məlumatlar arxeoloji qazıntılar və yazılı sənədlərdən əldə edildiyi kimi, antik Misir təbabəti ilə bağlı məlumatlar, Nil sahilindəki sağlıq problemləri və xəstəlik səbəblərinin araşdırılmasında papirusların böyük əhəmiyyəti olmuşdur. Və eyni zamanda dirilişə olan böyük inancdan yola çıxılaraq həyata keçirilən və min illəri aşaraq günümüzə qədər gəlib çatan qurumuş insan cəsədləri, yəni mumiyalar da qədim Misir tibbinin necə inkişaf etməsini göz önünə gətirən mükəmməl qaynaqlar olmuşdur.

Antik Misir təbabətində sehr, din və tibb iç-içə, bir bütöv halında olmuşdur. Buna görə də Misirdəki həkimlər cərrahiyyə ilə bərabər inancla müalicəyə qədər müxtəlif sahələrdə fəaliyyət göstərirdilər.

Yunan tarixçisi Diodorusun bildirdiyinə görə, Misirdə həkim yetişdirmək üçün “Həyat evi' adı verilən məktəblər var idi. Qədim Misir sənədlərində üç tibb sağlıq personalından bəhs edilir: həkimlər, bədəndən cin çıxaran şəxslər, nəbz dinləyən, damar xəstəliklərini müalicə edən cərrahlar.

 Bu cərrahlara “Sekhmet rahibləri” adı da verilmişdi. Xalq arasında üstün bir yeri olan və digərlərindən daha çox önəm verilən tibb mənsubları da vardı ki, bunlar da saray həkimləri idi. Həkim olanlar xüsusi təhsil almalı idilər. Hətta monumental abidələrlə şərəfləndirilən bəzi həkimlərin xüsusi adlara sahib olduqları da görünür: “Həkimlərin yolgöstərəni”, “həkimlərdən üstün”, “həkimlərin başçısı” kimi...

Misirdə demək olar ki bütün sahələr üzrə mütəxəssis həkimlər olmuşdur və aralarında qadınlar da fəaliyyət göstərmişdir. Həmçinin məbədlərdə qurban ediləcək müqəddəs heyvanlara qulluq edən baytarlar da vardı. Misir həkimləri peşələrindəki müvəffəqiyyətlərinə görə ölkənin xaricində də tanınardılar. II Amenofis zamanında bir suriyalı şahzadənin həyat yoldaşı və xidmətçiləri ilə hədiyyələr götürüb müalicə olunmaq üçün Teb şəhərinə gəlməsi və saray həkimi Nebamona müraciət etdiyi də yazılı qaynaqlarda əksini tapmışdır.

Siciliyalı Diyotorus isə səyahət və hərbi hərəkatlar əsnasında görmüş olduğu Misir tibbi barədə danışarkən hər cür müalicənin pulsuz edildiyini, misirli həkimlərin adətlərinə bağlı qalmalarının məcburi olmasını bildirmiş, bunun əksinə davranış sərgiləyib xəstələrini öldürən həkimlərin də ölüm cəzası aldıqlarını demişdir.

 

Antibiotik istifadəsinin təməli Misirdə qoyulmuşdur

 

Qaynaqlara əsasən Misir tibb elmini 3 təməl üzərində araşdırmaq mümkündür:

1. İnsan bədəni və funksiyaları haqqında bilinənlər.

2. Xəstəliklərin növləri və onların müalicəsi.

3. Xəstəliklərin qarşısının alınması yolları.

Misirdə mumiyaçılığın inkişaf etdiyi ilkin dövrdə insan bədəni haqqında məlumatların çox az olduğu görünür. Çünki həkimlər anatomiyadan çox canlı insanlarla işləməyi üstün tuturdular, digər tərəfdən də insan bədəni üzərində tədqiqat aparmaq dini baxımdan qadağan edilmişdi. Buna rəğmən onlar skeletdəki əsas sümükləri orijinal formada təsvir edə bilirdilər. Ozamankı həkimlər ürək və bağırsaqları ağılın mərkəzi fərz edirdilər. Ebers papirusuna əsasən, həkim hansı orqanını tutarsa, orada ürəyin hərəkətlərini və varlığını hiss edirdi. Qan damarlarının təmiz hava ilə şişərək sistemli çalışdği qəbul edilirdi. Bununla birlikdə çirkli hava bu damarları qatılaşdırır, tıxayır və isidir. Belə anlarda həkim dərmanlarla bu vəziyyəti aradan qaldırır, onlara canlılıq və elastiklik verirdi. Ölüm anında, orqanizmi hava almaqdan məhrum olanda isə qan laxtalanır və beləliklə, damarlar boşalır, nəfəsdən kəsilən canlı məxluq dünyasını dəyişirdi.

Əslində misirlilərdə cərrahiyyə bədəni yaracaq qədər irəliləməmişdi, amma buna rəğmən sünnət və boyun ətrafında bəzi əməliyyatlar aparılırdı. Sünnət isə misirlilərdə məcburi idi və Ebers papirusuna əsasən bu əməliyyat şəxs 14 yaşında olarkən həyata keçirilirdi.

Misirlilər xəstəliyi farmasevtik (əczaçılıq) vasitələr, massaj, aromaterapiya ilə sağaltmağın mümkünlüyünü və pasiyentlərin müalicəsində təmizliyin vacib şərt olmasını bilirdilər. Antibiotik istifadəsinin təməli də Misirdə qoyulmuşdur. Məsələn, Qədim Misirdə infeksiyalar, kifli çörək ilə müalicə edilirmiş.

Qədim Misir tibb sahəsində digər ölkələrlə müqayisədə çox irəliləmişdi. Homerin “Odisseya” adlı əsərində bütün sənətlər içində misirlilərin ən hünərli olduqları sahənin tibb olduğu xüsusilə vurğulanır.

 

“Ya İsis, əfsunların böyük ilahəsi məni qurtar...”

 

Papiruslardakı yazılara və mumiyaların tədqiqatından əldə olunan nəticələrə görə, qədim misirlilər göz xəstəlikləri, sümük vərəmi, uşaq iflici, anemiya, çiçək, revmatizma, mədə, qarın xəstəlikləri, damarlarda varikoz, çibanlar, diş çürümələri və sair xəstəliklərə məruz qalıblar. Ən qədim mumiyalar üzərində diş xəstəlikləri müəyyənləşib. Ancaq daha sonrakı dövrlərə aid olanlarında müalicənin daha çox tətbiq edildiyi də müşahidə edilib.

Misirdə dini və sehri müalicənin yanında droglarla (dərmanların hazırlanmasında istifadə edilən heyvani, bitki tərkibli, yaxud da xam maddələrlə hazırlanan dərmanlara verilən ad) müalicədən də faydalanılmışdır.

Tibb papiruslarında bu drogların miqdarları, hazırlanma və istifadə şəkilləri də verilmişdir. Qədim Misirdə dərman hazırlanan maddələr arasında müxtəlif bitkiləri, mədən daşları və heyvanların bəzi üzvlərini göstərə bilərik. Məsələn, Menfis daşının, bədəndəki xəstə yerlərə qoyulduğunda ağrı hiss etdirmədən cərrahiyyə əməliyyatının asanlıqla aparılmasını təmin etməsi mətnlərdə yer alıb.

Qədim Misirin zəngin dərman kolleksiyası mövcud olmuşdur. Dərman hazırlanmasında istifadə edilən bitkilər arasında anason, qoxulu saqqız, sarımsaq, çuğundur, acı kələm, ada soğanı, xardal, əncir, kətan toxumu, kişniş, zəfəran, soğan, darçın və üzümü saya bilərik. Obsidian maddəsi də tibb sahəsində istifadə olunmuşdur. Heyvanların bəzi orqanlarından, çiy ət halında və ya qurudulmuş formada, qanlarından dərman olaraq istifadə edilmişdir. Məsələn, kərtənkələ qanı, donuz dişləri və qulaqları, tısbağa beyni bu sırada ən qəribə olanlardandır.

Misirdə dərman hazırlayarkən mütləq sehrli sözlər də söylənilirmiş: “İsis, Osirisi qurtardı. Horusu atasını öldürən qardaşı Setin etdiyi pislikdən qurtardı. Ya İsis, əfsunların böyük ilahəsi məni qurtar. Pis olan hər şeydən qurtar, məni ağrıların allahından qurtar, ağrıların ilahəsindən qurtar. Bugünün tələsinə düşmədim. Dedim ki uşaq olmuşdum, gənc olmuşdum. Ay Günəş dilinlə söylə, ey İsis, mənə lütf et. Artıq indi mən hər cür pislikdən, pis olan, zalım olan, pislik edən hər şeydən qurtuldum. Ağrı allahından, ağrı ilahəsindən, ölüm ilahəsindən belə qurtuldum...”

 

Bəzi heyvanları saxlayan çobanlar məbədlərə buraxılmırdılar

 

Xəstəliyin qarşısını almaq üçün misirlilər müxtəlif tədbirlər görürdülər. Məsələn, çirkab suları atmaq üçün kanalizasiya sistemi yaradaraq xalqı bir çox xəstəliklərdən qoruyublar. İnsanların tez-tez çimməsini təmin edəcək surətdə tədbirlər görmüşlər. Dini inanclara görə misirlilərin oturduqları yerin, yedikləri qidanın təmiz olması əsas şərtdi. Təmizliyə çox əhəmiyyət verənlərdən biri də rahiblərdi. Saçlarını hər üç gündə bir qırxan rahiblər, iki dəfə gündüz, iki dəfə isə gecə yuyunmğa məcbur idilər. Ağ paltar geyinən bu insanlar, təmiz olmadığı sayılan donuz əti və lobya yeməməli idilər. Suyu isə ya qaynadılmış, ya da süzüb içirdilər. Sağlıqlarını qorumaq üçün oruc tutar və ya hər gün, bəzən isə 3-4 gündən bir mədələrini və bağırsaqlarını boşaldardılar. Çünki bədənə faydası olmayan artıq qidaların xəstəliyə yol açacaqlarına inanırdılar.

Təmizliyə xüsusi əhəmiyyət verən misirlilər tanrılara da təmiz qurbanlar verirdilər. Donuzu isə təmiz saymırdılar. Bu heyvana toxunan şəxs dərhal özünü təmizləməli idi. Hətta bu heyvanları saxlayan çobanlar heç bir məbədə buraxılmır və onlara qız verilmirdi. Bu işlə məşğul olan şəxslər öz aralarında qız alıb verirdilər.

“Tarixin atası” Herodota görə, misirlilər lidiyalılardan sonra ən yaxşı sağlıq qaydalarına uyan insanlar idi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM