11:44 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tarixin gərdişini dəyişən fəth

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:27 02.05.2021

 

Avropa ilə Asiya qitələrinin kəsişdiyi nöqtədə yerləşən  İstanbulun fəthi  Türkiyənin ən əhəmiyyətli tarixi hadisələrindəndir. Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul 330-395-ci illərdə Roma İmperiyasının, 395-1204 və 1261-1453-ci illərdə Bizans İmperiyasının paytaxtı olub.

Şəhər 1453-ün may ayında Osmanlı hökmdarı II Mehmedin rəhbərliyi ilə türklər tərəfindən ələ keçirilib. Əvvəl Bizantion, daha sonra bizanslılar tərəfindən adı Konstantinopol olaraq dəyişdirilən şəhərə İstanbul adı  1930-cu ildə verilib. Əksər qərb ölkələrində şəhərin adının Konstantinopol adlandırılmasına son qoymaq üçün Türkiyə Böyük Millət Məclisi onun adının dəyişdirilməsinə qərar verib. İstanbul 1453-1922-ci illərdə Osmanlı İmperiyasının paytaxtı olub. İstanbulun fəthində Rumeli hasarının mühüm rolu olub. Bu hasar Konstantinopolun dənizlə olan bağını tamamilə kəsmək və mühasirə vaxtı şəhərə dənizdən kömək gəlməsinin qarşısını almaq üçün II Mehmedin göstərişi ilə tikilib. Rumeli hasarı İstanbulun fəthinə hazırlıq məqsədilə inanılmaz dərəcədə qısa - 4 ay müddətində tikilib. Osmanlı sultanlarının 400 il (1465-1856)  iqamətgahı olmuş Topqapı saray kompleksi də İstanbulda yerləşir. Hazırda muzey kimi fəaliyyət göstərən sarayın inşasına 1459-cu ildə Konstantinopolu işğal etmiş Sultan II Mehmedin əmri ilə başlanılıb. Sultanların əvvəlki iqamətgahından fərqləndirilməsi üçün saray “Yeni Saray” adlandırılıb. Saray XIX əsrdən etibarən Topqapı adlandırılmağa başlanılıb. İstanbul şəhərinin əsas simvollarından biri də dünyanın ən qədim qüllələrindən hesab olunan Qalata qülləsidir. Qüllə Bizans imperiyasının imperatoru Anastasiusun göstərişi ilə 528-ci ildə inşa olunmağa başlayıb. 1204-cü ildə IV xaç yürüşü zamanı ciddi dağıntılara məruz qalan qüllə 1348-ci ildə ikinci dəfə inşa olunub. Qalata qülləsi həmin dövrdə Konstantinopol şəhərinin ən hündür binası hesab olunurdu.

Şəhər kimi təxminən 3 min, paytaxt kimi isə 1600 ilə qədər yaşı olan İstanbul dünyadakı nadir məskunlaşma yerlərindən biridir. İstanbulun ilk məskunlaşma tarixinin 300 min il yaşı var.

Hazırda İstanbulun əhalisinin sayı 15 milyondur.  Şəhərin əhalisinin sayı dünyanın bir çox ölkəsindən çoxdur. İstanbul şəhəri əhalisinin sayına görə Avropada birinci, dünyada isə altıncı sırada yer alır.

Türkiyənin yeddi təpə üzərində inşa edilən və ən böyük şəhəri olan İstanbul ölkənin həm də ən çox rayona sahib olan şəhəridir. Onun tam olaraq 39 rayonu var.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM