16 Iyul 2014 01:07
573
Oxucu məktubları
A- A+

Tarixi yaşadaq gərək

 

1885-ci il idi. Günlərin birində kəndə xoş xəbər yayıldı. İkinci Şıxlı kəndində  Qori seminariyasının məzunu İsa bəy Abakərovun təşəbbüsü ilə yeni tipli bir  məktəb açılırdı. Nəhayət, kənd koxası Nəsib bəyin köməyi ilə məktəb üçün müvafiq bina seçildi, avadanlıq gətirildi, təhsilə kəndin özündən və ətraf bölgələrdən uşaqlar cəlb edildi.

Beləcə, ucqar Şıxlı  kəndində Firudin bəy Köçərlinin sözü ilə desək, "mərifət çırağı" yanmağa başladı. Qısa bir vaxt ərzində 50-yə yaxın şagirdə savad verib elm öyrədən İkinci Şıxlı məktəbinin şöhrəti hər  yana yayılmışdı. Xalq şairi Osman Sarıvəlli, xalq yazıçısı Mehdi Hüseyn və digər  tanınmış adamlar burada oxuyublar. Səməd Vurğun bir müddət bu məktəbin  müdiri olub.

İsa bəy burada on iki il işləyib. İkinci Şıxlıda bu adlı-sanlı təhsil ocağı ötən  əsrin yetmişinci illərinə kimi fəaliyyət göstərib. Sonralar məktəb üçün yeni bina  tikildi. Təhsilin ilkin məskəni isə bir müddət qorunub saxlanıldı. Onun qalıqları  indi də durur. Bu yaxınlarda İkinci Şıxlı məktəbinin 130 yaşı tamam olacaq. Biz  istəyirik ki, kəndin ilkin təhsil ocağı bərpa edilsin və burada bir xatirə muzeyi yaradılsın.

Bu barədə yerli icra hakimiyyətinə, Təhsil Nazirliyinə, Əmlak Komitəsinə, Mədəniyyət və Turizm Nazirliyinə və başqa təşkilatlara dəfələrlə müraciət etsək  də, hələlik bir nəticə hasil olmayıb.

Bir də bilinmir bu tarixi bina hazırda hansı təşkilatın balansındadır. Heç olmasa, rayon mədəniyyət və turizm şöbəsi bu qocaman təhsil ocağının binasını dövlət tərəfindən mühafizə olunan daşınmaz əmlakların  siyahısına daxil edilməsinə çalışsın. İnanırıq ki, gec-tez Təhsil Nazirliyi burada bir xatirə muzeyinin yaradılmasının qeydinə qalacaq. İkinci Şıxlı məktəbinin binası    ölkəmizdə təhsilin inkişafına cığır açan, yol göstərən ilk məbədlərdən, tarixi  guşələrdən biridir. Tarixi yaşadaq gərək.

 

Qurban MİKAYILOV,

Qazax rayonu İkinci Şıxlı kənd sakini, ehtiyatda olan hərbi mayor

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video