07 Aprel 2021 00:44
1019
Mədəniyyət
A- A+

Tarix Muzeyinə şəhid Azad Hümbətova məxsus əşyalar təhvil verilib

 

Milli Azərbaycan Tarixi Muzeyinə II Qarabağ müharibəsinin şəhidi, baş leytenant Azad Hümbətova məxsus əşyalar təhvil verilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhid A.Hümbətovun hərbi geyimi, fotoşəkli, qol saatı muzeyin elmi işçisi Sahibə Ələkbərova tərəfindən muzeyə təqdim edilib.

Azad Hümbətov 1996-cı ildə Bakı şəhərində anadan olub. Vətən müharibəsi başlayan gündən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edərək düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirib. Tank taqımı komandiri olan Azad Hümbətov dəfələrlə döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxarıb. Laçın istiqamətində gedən döyüşlərdə komandirlik etdiyi tankı ilə minaya düşərək yaralanıb. A.Hümbətov ayağından aldığı qəlpə yarasına görə Beyləqan hospitalına göndərilib. Lakin iki gündən sonra müalicəsini yarımçıq qoyaraq döyüş meydanına qayıdıb. Ailəsi isə onun yaralı vəziyyətdə olmasından, müalicəsini yarımçıq qoyaraq döyüş meydanına qayıtmasından yalnız şəhid olandan sonra xəbər tutur. Döyüşlər zamanı rəhbəri olduğu tank bölüyündən ona ehtiyac olan piyada döyüş bölüyünə rəhbər təyin edilib. Oktyabrın 27-də Laçın uğrunda döyüşlərdə öz bölüyü ilə geri dönən zaman düşmən tərəfindən artilleriya atəşinə məruz qalıb və ağır yaralanıb. Xəstəxanaya çatana qədər gözlərini əbədi yumub. A.Hümbətov II Fəxri xiyabanda dəfn olunub.

İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə şəhid Azad Hümbətova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video