21:02 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Tanrıların yeməyi”

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:50 18.07.2021

 

Təbiətin bizə bəxş etdiyi əvəzsiz qida

 

Bu gün insan istənilən yaşda heyvan südünü həvəslə içir. Lakin hər yerdə südün müxtəlif növlərindən istifadə olunur. Məsələn, Qafqazda inək, keçi və ya qoyun südü, Orta Asiyada dəvə südü, şimalda isə maral südü daha çox məşhurdur. Eşşəklərin, camışların, lamaların və digər heyvanların da südü içilir.

Süd təbiətin insanlara bəxş etdiyi faydalı qida maddəsidir. Südün tərkibindəki yağın, zülalların, şəkərin optimal nisbəti və bunların orqanizm tərəfindən yaxşı mənimsənilməsi onu insanlar üçün əvəzsiz qidaya çevirib.

İnsanlar bu əvəzsiz qidanı əldə etmək üçün uzun bir yol qət ediblər.  Yığıcılıq və ovçuluqla məşğul olan insanlar yeni qida mənbələri tapmaq üçün bacardıqları qədər çalışıblar. Yaşamaq uğrunda mübarizə aparan insanlar təxminən 13 min il əvvəl heyvan bəsləməyin məhsuldar bir qida mənbəyi olduğunu başa düşüblər və həmin heyvanların südündən də faydalana biləcəklərini kəşf ediblər.

İnsanlar hələ qədimdən müxtəlif heyvanların (inək, qoyun, keçi, camış,  at, dəvə, maral və s.) südündən istifadə edib, müxtəlif tərkibə və xassələrə malik süd məhsulları hazırlayıblar.

Maldarlıqla məşğul olan insanlar məhsuldarlığın artırılması üçün yollar axtarmağa başlayıblar və bunun üçün heyvanların əhliləşdirilməsinin ən yaxşı yol olduğunu anlayıblar.

Araşdırmalar göstərir ki, insanlar qoyun və keçi saxlamağa təxminən 12 min il əvvəl başlayıblar. Yarıköçəri əcdadlarımız heyvanların ətindən, südündən, dərisindən və hətta sümüklərindən istifadə edərək ehtiyaclarını ödəyiblər. Üstəlik, bu səmərəli qida mənbəyinin əldə edilməsi asan idi. Heyvanlar təbiətin təklif etdiyi qida ilə yaşayaraq özlərini bəsləyə bilir, insanlar isə onlardan faydalanırdılar.

Hazırda daha çox süd verən, süd məhsuldarlığına görə digər heyvanları üstələyən inəklər o zaman yox idi.  Araşdırmalara görə, qədim inəyin qalıqları eramızdan əvvəl VIII minilliyə aiddir. Beləliklə, insanlar on min ildən çoxdur ki, inək südü içirlər.

İnəklərin əcdadının ibtidai vəhşi öküzlər (Auroches) olduğu bildirilir. Müasir inəklərdən daha böyük olan, çəkisi 600-1000 kiloqrama çatan bu aqressiv vəhşi heyvanı ram etmək çox çətin idi. Ancaq onlar əhliləşdirilərək getdikcə daha itaətkar, eyni zamanda daha məhsuldar  heyvana çevrildilər.

Professor Əhməd-Cabir Əhmədov  “Qida məhsullarının tarixi mənşəyi, rəvayətlər və həqiqətlər” kitabında qeyd edir ki, inəklərin əcdadları dağ keçiləri olub. Müəllifin fikrincə, Ukraynada arxeoloqların kəsmiyin hazırlanması üçün tapdığı sağım yerlərinə, pəyələrə əsasən belə mühakimə yürütmək olar ki, insanlar süddən 5000 il əvvəl istifadə edirdilər. İbtidai insanın düşərgəsinin yanında əhliləşdirilmiş inək sürüləri olurdu. Meşələrdə və çöllərdə isə onların vəhşi əcdadları - dağ keçiləri yaşayırdılar.  İnsanlar ən sakit olan cavan dağ keçilərini meşələrdən, çöllərdən gətirməyə və tövlələrdə saxlamağa başlayıblar və beləliklə, indiki süd verən ev heyvanları əmələ gəlib.

Zaman keçdikcə keltlər, romalılar, misirlilər, monqollar kimi bir çox qədim mədəniyyət sahibi olan xalqlar südləri öz yeməklərinə daxil ediblər. Hətta onun adı mif və əfsanələrdə də xüsusi qeyd olunur. Tarixi məlumatlardan aydın olur ki, bu xalqlar  bu günə qədər südü faydalı bir məhsul hesab edir və onu “tanrıların yeməyi” adlandırırlar.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM