22 Avqust 2021 00:27
1151
Elm və texnika
A- A+

Tanrı bitkisinin yağı

 

Son dövrlərdə qida sənayesində yer alan əsas yağlardan biri də soya yağıdır. Soya yağı soya bitkisindən əldə edilir. Çinlilər soya bitkisini müqəddəs bitki, Tanrı bitkisi adlandırıblar.

Çinlilərin bu yanaşması  onların soya yağına nə qədər önəm verdiyini göstərir. Bu səbəbdəndir ki, hazırda Çin soya yağını ən çox istehsal edən ölkə olmaqla yanaşı, həm də o yağı ən çox istehlak edən ölkədir. ABŞ isə soya yağından ən çox istifadə edən ikinci ölkədir. Bu ölkədə soya yağının istehlakı bütün digər yağları qabaqlayıb. 2020-ci ildə amerikalıların illik palma yağı istehlakının səviyyəsi 1,5 milyon ton olduğu halda, soya yağının istehlakı təxminən 10 milyon 433 min ton olub.

Braziliya və Hindistandan sonra Avropa ölkələri də soya yağını ən çox istifadə edən ölkələrdəndir.

Dünyada ən az soya yağı istehlak edən ölkə Haitidir. Bundan sonra Tanzaniya, Ukrayna, Suriya bu yağı qidalarına ən az daxil edən ölkələr sırasındadır.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video