11 Yanvar 2021 14:51
1325
İDMAN
A- A+

Tanınmış qrossmeyster Vüqar Həşimovun xatirəsi anılıb

Azərbaycanın məşhur şahmatçısı, Avropa çempionu qrossmeyster Vüqar Həşimovun vəfatının yeddinci ildönümü ilə əlaqədar doğmaları, yaxınları ilə birgə yeniyetmə şahmatçılar da mərhum qrossmeysterin məzarını ziyarət edib, xatirəsini anıblar.

AZƏRTAC xəbər verir ki, V.Həşimovun ilk məşqçisi Anar Allahverdiyev anım mərasimində çıxış edərək onun qısa, lakin uğurlu karyerasından danışıb. Qeyd olunub ki, hər ilin aprelində Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan nüfuzlu beynəlxalq şahmat turniri keçirilir.

“Vüqar Həşimov” şahmat klubunun üzvləri, yeniyetmələrin şahmat olimpiadasının qalibləri Aydın Süleymanlı və Əhməd Əhmədzadə V.Həşimovun həyat yolunun gənclərə nümunə olduğunu bildiriblər.

Mərhum şahmatçının atası Qasım Həşimov Vüqarın hər zaman Azərbaycanın idman şərəfini layiqincə qorumağa çalışdığını deyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video