13 Sentyabr 2011 12:09
411
Mədəniyyət
A- A+

Tanınmış müğənni və bəstəkar Emin Ağalarov Almaniyanın «EMI Music Germany» şirkəti ilə müqavilə imzalamışdır

 

Tanınmış azərbaycanlı  müğənni və bəstəkar Emin Ağalarov Almaniyanın "EMI Music Germany" şirkəti ilə müqavilə imzalamışdır.

AzərTAc müğənninin rəsmi internet saytına istinadla xəbər verir ki, müqavilədə müğənninin üç albomunun hazırlanması nəzərdə tutulmuşdur.

Əməkdaşlığın başlanmasına həsr olunmuş  mərasimdə Emin Ağalarov Böyük Britaniyada sevilən "Obvious" və "Just for one night" mahnılarını ifa etmişdir.

Kölndə təşkil olunmuş tədbirdə 270-ə yaxın mətbuat nümayəndəsi, eləcə də teleaparıcılar iştirak etmişlər.

Emin Ağalarov jurnalistlərin çoxsaylı suallarını cavablandırarkən bildirmişdir ki, "EMI Music Germany" kimi böyük şirkətlə əməkdaşlıq etmək onun üçün Almaniya, Avstriya, İsveçrə və digər ölkələrin yeni musiqi auditoriyasına sahib olmaq, eləcə də olduqca peşəkar komanda ilə işləmək deməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video