28 Avqust 2021 23:21
335
DÜNYA
A- A+

Taliblər Kabil aeroportuna girişi bloklamağa başlayıblar  

“Taliban” hərəkatının üzvləri xarici qüvvələrin təxliyəsi əməliyyatlarının yekunlaşması fonunda şənbə günü Kabil aeroportunun ətrafına əlavə qüvvələr yerləşdirməyə başlayıb.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, taliblər aeroport ətrafında yeni nəzarət-buraxılış məntəqələri qurublar. Bu postlarda silahlılar Əfqanıstan təhlükəsizlik qüvvələrindən ələ keçirdikləri Amerika hərbi yolsuzluq avtomobillərində növbə çəkirlər. Beləliklə onlar bu yolla Kabil aeroportunun girişlərində böyük kütlənin və insanların toplaşmasına imkan verməməyə çalışırlar.

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı avqustun 31-dən sonra ölkədə xarici qoşunların qalmasına dözmək niyyətində olmadığı barədə xəbərdarlıq edib. Odur ki, Qərb ölkələri həmin tarixədək arzu edənlərin hamısını təxliyə etməyə tələsirlər.

Fransa, İtaliya, Niderland, Belçika, Danimarka, Polşa və Macarıstan Əfqanıstandan təxliyəni artıq başa çatdırıb. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, avqustun ortalarından başlayaraq 100 mindən çox insan təhlükəsiz şəkildə təxliyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video