12 Avqust 2021 00:23
672
DÜNYA
A- A+

Taliblər Əfqanıstanda daha bir şəhəri ələ keçirdilər

 

ABŞ və onun qərbli müttəfiqləri qoşunlarını Əfqanıstandan çıxarmağa başladıqdan sonra ölkədə gərginlik artmışdır. Son günlər isə qarşıdurmalar xeyli kəskinləşmişdir.   “Taliban” hərəkatı növbəti yaşayış məntəqəsini - Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətindəki Fəyzabad şəhəri üzərində nəzarəti ələ keçirmişdir. Bu əyalət Tacikistan, Çin və Pakistanla həmsərhəddir.

Yerli hökumətin  nümayəndəsi Hücatulla Xirədməndin dediyinə görə, taliblər yarım ay əvvəl Fəyzabad şəhərinə hücuma keçmiş və üç dəfə geri oturdulmuşlar. Lakin bu dəfə Əfqanıstanın təhlükəsizlik qüvvələri geri çəkilmək məcburiyyətində qalmışdır. Xirədmənd taliblərin şəhərə tam nəzarət etdiyini bildirmişdir.

Bu ərəfədə ölkənin şimalındakı Bağlan və qərbindəki Fərəh əyalətlərinin inzibati mərkəzləri də taliblər tərəfindən ələ keçirilmişdir.

Son məlumata görə, Əfqanıstan Prezidenti Əşrəf Qani ölkənin şimalında yerləşən Bəlx əyalətinin inzibati mərkəzi Məzari-Şərif şəhərinə yollanmışdır. Dövlət başçısını Əfqanıstanın siyasi liderləri marşal Rəşid Dustum, Məhəmməd Mühəkkik və Cuma Xan Həmdərd müşayiət edirlər.

Bəlx əyaləti qubernatorunun administrasiyasında bildirmişlər ki, siyasi liderlər və yerli hakimiyyət orqanlarının nümayəndələri təhlükəsizlik məsələləri üzrə iclas keçirmiş və ölkənin şimalında yaranmış vəziyyəti müzakirə etmişlər. Marşal Rəşid Dustumun nümayəndəsi Həbiburəhman Kuyaşın dediyinə görə, hökumət ölkənin şimal və şimal-şərq əyalətlərində “Taliban”a qarşı irimiqyaslı əməliyyat planlaşdırır. 

Taliblərin hücumları ABŞ-ın öz qoşunlarını Əfqanıstandan çıxaracağı qərarından sonra tez-tez baş verir. Onlar ölkənin Mərkəzi Asiya ilə kommunikasiyasını təmin edən şimal əyalətlərinin mərkəzlərini bir-birinin ardınca ələ keçirirlər. Halbuki ABŞ və “Taliban” arasında Qətərin paytaxtı Dohada imzalanmış sazişə əsasən, taliblər 2021-ci il sentyabrın 11-dək, yəni NATO hərbçilərinin Əfqanıstandan çıxarılması başa çatanadək əyalət mərkəzlərinə hücum etməmək barədə öhdəlik götürmüşlər.

Lakin ABŞ tərəfindən aviasiya zərbələri endirildiyi bəhanəsi ilə taliblər yenidən  əyalətlərin inzibati mərkəzlərinə hücumlara başlamışlar. Son bir həftə ərzində onlar əyalətlərin 9 inzibati mərkəzi üzərində nəzarəti ələ keçirmişlər.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video