09 May 2021 01:47
1035
SİYASƏT
A- A+

Tahir Budaqov: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var”

 

“Azərbaycan xalqı, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü böyük ehtiramla qeyd edir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dünən Yeni Azərbaycan Partiyasının nümayəndələrinin Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarəti zamanı jurnalistlərə müsahibəsində deyib.

Heydər Əliyevin dünya şöhrətli siyasətçi və dahi şəxsiyyət olduğunu qeyd edən Tahir Budaqov bildirib: “Alman filosofu Şopenqauerin belə bir deyimi var ki, dahi şəxsiyyəti istedadlı insanlardan fərqləndirən cəhət odur ki, istedadlı insan heç kimin vura bilmədiyi hədəfləri vuran, dahi şəxsiyyət isə heç kimin zamanında görə bilmədiyi hədəfləri vuran insandır. Heydər Əliyev istər sovet dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt, istərsə də ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti üçün o zaman bəlkə də çoxlarının dərk edə bilmədiyi, görə bilmədiyi elə bir işlər görmüşdür ki, bu işlərin xalqımız və dövlətimiz üçün bəhrəsini biz on illərdən sonra şahidi olmuşuq”.

YAP sədrinin müavini qeyd edib ki, Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, tərəqqisində və bu gün dünya birliyində layiqli yer tutmasında Heydər Əliyev ideyalarının, onun siyasətinin əvəzsiz rolu vardır. “Bu gün də həmin siyasət uğurla davam edir. Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin davamçısı olaraq ölkəmizi daha uca, yeni zirvələrə yüksəltmişdir. Ən əsası, Ulu Öndərin ən böyük arzusu olan Qarabağın işğaldan azad olunması missiyasını Prezident İlham Əliyev yerinə yetirmişdir. Buna görə də biz bu gün Ulu Öndərin məzarını  tamamilə başqa bir əhvali-ruhiyyədə, ərazi bütövlüyünü təmin edən ölkənin vətəndaşları kimi ziyarət edirik. Bu gün Ulu Öndər Heydər Əliyevin  və  Zərifə xanım Əliyevanın ruhları şaddır. Azərbaycan xalqının gözü aydın olsun. Hesab edirəm ki, bizi qarşıda hələ yeni-yeni zəfərlər gözləyir”, - deyə T.Budaqov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video