22:37 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Taclı bəlaya türk həkimlərindən öldürücü zərbə

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:20 02.05.2021

 

XXI əsrdə dünyada insanların həyatını təhlükəyə atan, milyonlarla insanın həyatına son qoyan COVID-19 pandemiyasına qarşı istifadə olunan vaksinlərdən biri də türkiyəli həkimlər tərəfindən tapılıb.

Almaniyanın Maynz şəhərində çalışan türk əsilli həkimlər, professor Uğur Şahin və onun xanımı doktor Özləm Türecinin həmtəsisçiləri olduğu “BioNTech” firmasının yeni tip koronavirusa (COVID-19) qarşı hazırladıqları potensial vaksin hazırda dünyanın əksər ölkələrində tətbiq olunur. Şirkətin ortağı olan ABŞ-ın əczaçılıq nəhəngi “Pfizer”in baş direktoru Albert Burla türk həkimlərin kəşfini son 100 ildə “tibbin ən böyük nailiyyəti” adlandırıb.

U.Şahin və Ö.Türeci koronavirus vaksinin hazırlanmasında istifadə etdikləri mRNA texnologiyası üzərində 25 ildir ki, çalışdıqlarını deyiblər.

Eyni zamanda U.Sahin və Ö.Türeci öz həyatlarını onkologiya və yoluxucu xəstəliklərin öyrənilməsinə və müalicəsinə həsr ediblər. Onlar xərçəngin müalicəsi üçün immunoterapiyanın fərdi metodlarının hazırlanmasına illərlə vaxt ayırıblar.

Qeyd edək ki, Uğur Şahin Türkiyədə doğulub və dörd yaşında olarkən atasının işi ilə əlaqədar ailəsi ilə birlikdə Almaniyanın Köln şəhərinə köçüb. Özlem Türeci isə Türkiyənin İstanbul şəhərindən Almaniyaya köçən həkimin qızıdır. Onlar universitetdə tanış olaraq evləniblər və “BioNTech” şirkətinin əsasını qoyublar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM