28 Avqust 2021 17:42
465
İQTİSADİYYAT
A- A+

Tacikistan-Azərbaycan birgə müəssisəsinin açılışı olub  

Tacikistanın “Avesto Group” MMC və Azərbaycanın “Azkompozit” MMC tərəfindən Düşənbə şəhərində təsis edilən “Kompozit T. A” birgə müəssisəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Tacikistan Prezidenti Emoməli Rahmon, ölkə parlamentinin və Düşənbə şəhərinin sədri Rustam Emoməli, “Azkompozit” MMC-in direktoru Rəsul Baxşəliyev və Azərbaycanın Tacikistandakı səfirliyinin əməkdaşları iştirak edib.

Tədbirdə Prezidentə məlumat verilib ki, tikintisinə 2019-cu ilin sentyabr ayında başlanan şirkətdə ildə uzunluğu 150 kilometr, diametri 300-3000 millimetr olan kompozit borular istehsal ediləcək. Müəssisədə 150 adam daimi iş yeri ilə təmin olunub. Yüksək keyfiyyətli borular daxili tələbatı ödəməklə yanaşı xarici ölkələrə də ixrac ediləcək.

Dövlət başçısı “Kompozit T. A” birgə müəssisəsinin istehsal sahələrinə baxıb, əməkdaşlara uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video