16 May 2021 17:31
1063
Mədəniyyət
A- A+

Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub

 

Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit bir il yarım müddətdən sonra pandemiya dövründə Yaxın Şərq üzrə keçirilən turizm sərgisinin postpandemiya dövrü üçün müsbət başlanğıc olduğunu söyləyib.

Florian Zenqstşmit sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycan Hava Yolları” (AZAL) və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı daxil olmaqla, ölkənin turizm sektorunu təmsil edən 9 yerli tərəfdaşın qatıldığını diqqətə çatdırıb.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov sərginin Qarabağın yeni bir turizm destinasiyası kimi tanıdılması və iştirakçıları bu haqda ətraflı məlumatlandırmaq üçün yaxşı platforma rolu oynadığını qeyd edib. O, sərgi iştirakçıları tərəfindən Qarabağ bölgəsinə böyük maraq göstərildiyini bildirib.

Pandemiya şəraitində sosial izolyasiya qaydaları nəzərə alınaraq təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kvadratmetrlik sahəni əhatə edən milli stendlə təmsil olunur.

Milli stenddə iştirakçıların sayı eyni anda 25 nəfəri keçməmək şərtilə görüş və müsahibələr keçirilir.

Görüş iştirakçılarına işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Azərbaycanda pandemiya dövründə görülən işlər, mövcud olan və inkişaf etdirilən turizm məhsulları və yeni turizm təklifləri barədə məlumatlar təqdim olunur.

Qeyd edək ki, mayın 19-dək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 39 minə yaxın ziyarətçi, 2500-dən çox sərgi iştirakçısı qatılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video